Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6518

Digər sorğular

Telman İsmayılovu Daşkənddə görüblər: “Dedi gəl görüşək...”

02:21  |    19 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Bir neçə sifarişli qətldə ittiham olunaraq barəsində qiyabi həbs qətimkan tədbiri seçilən və beynəlxalq axtarışa verilən keçmiş azərbaycanlı oliqarx-milyarder Telman İsmayılov barəsində axtarış elan ediləndən az əvvəl keçmiş sovet respublikalarından birində görünüb.

Virtualaz.org xəbər verir ki, yəhudi əsilli rusiyalı müğənni Avraam Russo bir neçə gün əvvəl “Birinci kanal”ın “İnsan və qanun” proqramına müsahibəsi zamanı iki həftə əvvəl Telman İsmayılovu təsadüfən Daşkənddə gördüyünü deyib. Bu həmin Russodur ki, T.İsmayılov uzun müddət onun əsas sponsoru olub. Lakin daha sonra onların münasibətləri korlanıb və iddialara görə T.İsmayılov Russonun qətlini sifariş verib. Müğənni ölümdən ancaq killerin əyyaş narkoman olması sayəsində qurtulub, sui-qəsddə yaralanıb.



Avraam Russo bildirib ki, Daşkənddə ad günü ziyafətində Telman İsmayılovla rastlaşıb: “Olduqca gözlənilməz vəziyyət idi. Mən heç ağlıma gətirə bilməzdim ki, onunla rastlaşa bilərəm. Onun ad günündə. O dedi: “Gəl görüşək”. Mən yaxınlaşdım, görüşdük, oturub söhbət etdik. Doğrudur, o, hansısa iradlarını da çatdırdı”.

Avraam Russo deyir ki, vaxtilə onu Rusiyaya Telman İsmayılov gətirib, 7 il ərzində sponsorluq edib. Lakin daha sonra münasibətləri korlanıb: “Telman İsmayılov elə adamdır ki, ona yox deyiləndə xoşu gəlmir. Digər tərəfdən bizim mentalitetlərimiz fərqlidir”.

T.İsmayılov oktyabrın 26-da anadan olub. Bu baxımdan belə çıxır ki, Avraam Russo onu barəsində axtarış elan edilməzdən bir neçə gün əvvəl görüb. T.İsmayılovun barəsində axtarış oktyabrın 30-da elan edilib. Onun indiyədək Türkiyədə olduğu bildirilirdi, lakin son məlumatlara görə barəsində axtarış elan ediləndən sonra Fransaya gedib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Tramp Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac qalmadığını deyib
17.10.2019
NATO Türkiyəsiz bacarmaz – Rutte
17.10.2019
PKK sıralarından 600-dən artıq terrorçu qaçıb
17.10.2019
ABŞ və Türkiyə Suriyada razılığa gəldi - ATƏŞKƏS
17.10.2019
General Türkiyəyə qurulan tələni deşifrə etdi