Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6880

Digər sorğular

Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş...

19:49  |    17 Noyabr 2017  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı bir şəxs sərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq.

Virtualaz.org bu xəbəri yerli “Llokalo24” nəşrinə istinadən yaymışdı.

Alman nəşri qeyd etmişdi ki, fransız pasportu daşıyan adamın azərbaycanlı olduğu müəyyənləşdirilib. Hadisə vaxtı o, güclü sərxoşluq vəziyyətində olub. Şəxs 500 avro həcmində cəriməni ödədikdən sonra sərbəst buraxılmışdı.



Hadisənin təfərrüatlarını öyrənmək və partlayış törətməkləalman polisini hədələmiş “azərbaycanlı”nın kimliyi ilə bağlı daha müfəssəl məlumat almaq üçün saytımızın əməkdaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmətin rəisi Ehsan Zahidov sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı DİN müəyyən araşdırma aparıb və həmin şəxsin kimliyi artıq tam müəyyən olunub.

“Qeyd olunan hadisəni törətmiş şəxs 3 sentyabr 1976-cı il tarixdə Azərbaycanda anadan olmuş, hazırda Fransada daimi yaşayan erməni milliyyətinə mənsub Sarkisyan Artur Rudolfoviçdir”, - Ehsan Zahidov deyib.

Göründüyü kimi, keçmiş “həmvətənlərimiz” fürsət düşdükcə özlərini azərbaycanlı kimi təqdim etməyi unutmurlar. Xüsusilə, söhbət bu cür nalayiq əməllərdən gedirsə. Daxili İşlər Nazirliyinin həyata keçirdiyi araşdırma ermənilərin Azərbaycana qarşı növbəti qara yaxma cəhdinin qarşısını almağa kömək edib və onların maskalarını çıxararaq, dünyaya kimin kim olduğunu göstərib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2020
İspaniyada koronavirus qurbanlarının xatirəsinə 10 günlük matəm elan edildi
26.05.2020
Ermənilərin böyük yalanları - VİDEO
26.05.2020
Britaniya hökumətində qalmaqal: Nazir istefa verdi
26.05.2020
Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat edib
26.05.2020
İŞİD-in rəhbərlərindən biri öldürüldü