Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Fərhad Əliyev qohumunu aldatdı - Pulunu vermir

23:53  |    09 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Cəbrayılov Kənan Eybulla oğlu 1 ay əvvəl eks-nazir Fərad Əliyev üçün gördüyü işin pulunu ala bilməyib.


Qaziler.az Yenicag.az-a istinadən bildirir ki, bu barədə izolyasiya mütəxəssisi Kənan Cəbrayılovun özü məlumat verib. Onun sözlərinə görə, 1 ay əvvəl sözügedən işlə əlaqədar Sumqayıt şəhərində Fərhad Əliyevə məxsus yeni tikilməkdə olan yağ zavoduna gəlib.

Burada tikilinin motorxanasındakı izolyasiya problemini həll etmək üçün işə başlayıb. Zavodun tikinti işlərinə iş icraçısı Əli adlı şəxs başçılıq edib. Usta deyir ki, lazımı bütün işlərini yekunlaşdırdıqdan sonra, ona veriləcək 1000 manatın 200-ü ödənilsə də, qalanını verməkdən müxtəlif yollarla imtina ediblər.

Dəfələrlə get-gələ salınan Kənan Cəbrayılov şəxsən Fərhad Əliyevlə görüşmə imkanı tapıb onunla danışa bilsə də, bu da bir işə yaramayıb. Fərhad Əliyev ona çatacaq məbləği verməyib.

Şikayətçinin dediyinə görə, hətta gördüyü işin material pulunu belə ona ödəməyiblər. Səbəb belə göstərmədən iş icraçıları şikayətiçinin telefonlarına cavab verməyiblər.

Kənan Cəbrayılovun dediyinə görə, o, Fərhad Əliyevlə uzaq qohum sayılır. Bunu da eks-nazirlə söhbətində ona bildirib.

Məsələ ilə bağlı iş icraçısı Əli ilə əlaqə saxladıq. O isə məsələnin bizə dəxli olmadığını, şikayətçi ilə öz aralarında olan iş olduğunu deyib telefonu qapatdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi
19.09.2019
Evsiz Aprel qazisinin üçəm övladı doğuldu - FOTO
19.09.2019
Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı
19.09.2019
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO
19.09.2019
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər