Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6362

Digər sorğular

Mətbuat Şurası 9 KİV-i “qara siyahı”ya saldı - SİYAHI

01:23  |    09 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.


Şuradan unikal.org-a verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın "qara siyahı”sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib.

Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir.

"Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının "qara siyahı”ya salınması nəzərdə tutulub. Bunlar "Obyektiv.org” saytı, "Korrupsiyaya yox” qəzeti, "Aztoday.az” saytı, "Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, "Dünyapress.com” saytı, "Nia.az” saytı, "Reallıq.info” saytı, "Qanunxəbər” İnformasiya Agentliyi ("Qanunxeber.az” saytına) və "Xalqınsesi.com” saytıdır.

Müzakirələrin gedişində bildirilib ki, "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Qeyd olunub ki, xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.

Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin "qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb.

Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
22.06.2019
Fəxri xiyabanın intihar edən sakini - Heydər Hüseynov əfsanəsi...
21.06.2019
Prezidentin vəzifəyə təyin etdiyi Famil Mustafayev kimdir? - DOSYE
21.06.2019
Ali Attestasiya Komissiyasına sədr təyin edilib - SƏRƏNCAM
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır