Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

Fədayənin bacısı canlı efirə qoşuldu: "Tacir, müəllimlik etdiyin üçün həbsdədir" - VİDEO

00:48  |    08 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Müğənni Tacir Şahmalıoğlunun həbs olunan həmkarı Fədayə Laçın barədə dediyi sözlər cavabsız qalmayıb.


Musavat.com xəbər verir ki, F.Laçının bacısı, müğənni İlahə Fəda “APA TV”-nin “Show time” verilişinə qoşularaq, T.Şahmalıoğluya cavabını verib:

“İlk öncə deyim ki, Tacir Şahmalıoğlu gözəl musiqiçidir. Bunu bir kənara qoyduq. Mənə təsir edən odur ki, Tacir deyib ki, mən Fədayənin müəllimiyəm. Özünü bir müəllim kimi təqdim edir. Mən də ona cavab olaraq deyirəm ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz.

Fədayənin müəllimi ilk öncə xalqdır. O xalqın yetirdiyi Üzeyir Hacıbəyovdur. Sonra Fədayənin özü də mən də xalq artisti Zeynəb Xanlarovaya qulaq asmışıq. Bizim müəllimimiz Zeynəb xanımdır. Sonra incəsənətdə oxuyanda onun müəllimi Arif Babayev, Canəli Əkbərov olub. Və bəhrələnə-bəhrələnə böyük sənətkarlardan biz dərs almışıq. Əbülfət Əliyevin, Şövkət Ələkbərova, Qulu Əsgərov, Rübabə Muradovanın da adını çəkə bilərəm. Yəni bunlar Fədayənin müəllimidir. Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salaq. Murad müəllimin sayəsində “Qarabağ bülbülləri”ndə bir parça “Bayatı şiraz” oxuyub. Və bununla da qızıl fonda düşüb. Onun elə uğuru bircə bu olub. Ondan sonra nə oxuyub ki? Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Fədayə ilə birgə Tahir Əkbərin və başqa bəstəkarların mahnısını oxuyub, birgə mahnıları alınıb. İndi Tacirlə Fədayə bir yerdə oxumur. Tacirin bir mahnısını xatırlayın. Yoxdur. Çıxıb açıqlama verir ki, Fədayənin müəllimiyəm. Mən də deyirəm ki, sən elə yaxşı müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”.

Qeyd edək ki, T.Şahmalıoğlu “Fədayə Laçına zamin durardınızmı?” sualına bu cür cavab vermişdi: “Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
22.06.2019
Fəxri xiyabanın intihar edən sakini - Heydər Hüseynov əfsanəsi...
21.06.2019
Prezidentin vəzifəyə təyin etdiyi Famil Mustafayev kimdir? - DOSYE
21.06.2019
Ali Attestasiya Komissiyasına sədr təyin edilib - SƏRƏNCAM
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır