Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

Fədayə Laçın ev dustaqlığına buraxılması üçün müraciət edəcək

23:32  |    07 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

"Qoca" ləqəbli məhbus Etibar Məmmədovun həbsdən qaçmasına yardım etdiyi üçün həbs olunan müğənni Fədayə Laçın cəzasının ev dustaqlığı, ya da zaminliklə əvəzlənməsi üçün məhkəməyə müraciət edəcək.

Qaziler.az-ın Publika.az-a istinadən məlumatına görə, bu barədə vəkil Türkel Süleymanlı bildirib ki, o, yaxın günlərdə həm məhkəmə orqanlarına, həm də ictimaiyyətə Fədayə Laçına qarşı humanist münasibət göstərilməsi üçün müraciət edəcək:
“Fədayə Laçın 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bu gün onunla görüşdük, ümumi saxlanılma şəraitindən və ona qarşı olan münasibətdən razıdır. Səhhəti də, emosional vəziyyəti də yaxşıdır. Belə bir hadisədə adının hallanmasından təəssüf hissi keçirir. Özünü təqsirli bilməsə də, bu hadisələrdən peşmançılıq keçirir. Ürəyiaçıqlığından belə bir hadisədə adı hallanır. Lakin Fədayə xanımın "Qoca" qaçdığı andan özü həbs olunanadək onunla heç bir əlaqəsi olmayıb”.

Vəkili F.Laçının onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdiyini deyib:
“Sənətçilərin onunla bağlı ümumi müraciəti hüquqi formada deyildi. Növbəti müraciət daha hüquqi formada olacaq, ümid edirik ki, ondan sonra müsbət reaksiya olacaq. Mənə bildirdi ki, onu unutmayan, dəstək olan hər kəsə təşəkkürünü çatdırım”.

Qeyd edək ki, F.Laçın Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur və barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
22.06.2019
Fəxri xiyabanın intihar edən sakini - Heydər Hüseynov əfsanəsi...
21.06.2019
Prezidentin vəzifəyə təyin etdiyi Famil Mustafayev kimdir? - DOSYE
21.06.2019
Ali Attestasiya Komissiyasına sədr təyin edilib - SƏRƏNCAM
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır