Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

Bir şəklin tarixçəsi: General ŞƏHİD ANASInın əlini öpür - FOTO

22:55  |    04 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Zaman 1 noyabr 2017-ci il, məkan Azərbaycan Texniki Universiteti...

Universitetdə gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə AzTU-nun məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı...
Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filminə təqdimat keçirilib.

1997-ci il aprel ayının 7-də 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu xüsusi tapşırıqla düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir. Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşürlər. Qəhrəman döyüşçülərimiz sonda düşmənə təslim olmamaq üçün qumbara ilə özlərini partladaraq şəhid olurlar.
Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Sonralar o, əsirlıikdən azad edilir, lakin sağlamlığənı həmişəlik itirir...

Bu şəkildə həmin tədbirə dəvət olunmuş şəhid analarından biri və onun əlini öpən ehtiyatda olan general-leytenat Yaşar Aydəmirov təsvir olunub.

Dövlətçilik, vətəndaşlıq, vətənpərlik bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, qəhrəmanlıq göstərən döyüşçülərimiz Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir örnəkdirlər...
Onlar Azərbaycan cəmiyyətinə vətənpərvərlik, fədakarlıq, məğlubedilməzlik nümunəsi göstəriblər.

Onların adları yeniyetmə və gənclərdə vətənə, torpağa, elə-obaya, orduya məhəbbət ruhu, düşmə­nə ni­frət hissləri aşılayır.

O şəhidlərin mübarizə yolu cəmiyyətə örnək, gənclərə nümunədir... Şəhid anaları də həmçinin..

Şəhid anasının əlini öpən general... İbrətamiz mənzərədir... Deyilmi?..
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Sumqayıtda ədəbi həyat” adlı kitabın təqdimatı keçirilib
22.06.2019
Fəxri xiyabanın intihar edən sakini - Heydər Hüseynov əfsanəsi...
21.06.2019
Prezidentin vəzifəyə təyin etdiyi Famil Mustafayev kimdir? - DOSYE
21.06.2019
Ali Attestasiya Komissiyasına sədr təyin edilib - SƏRƏNCAM
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır