Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Xoyskinin ailəsinin aqibəti və daha bir tarixi nitqi

23:37  |    02 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılmayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin sirli qətlləri barəsində Azərbaycan mediasında o qədər də çox yazılara rast gəlinmir.

Cümhuriyyətin 100 illik yubileyi çərçivəsində hazırladığımız yazılar seriyasından bu dəfə yenə də Fətəli Xan haqqında iki maraqlı məqamı təqdim edirik.

İlk olaraq Fətəli xanın qətlindən sonra onun ailəsinin düşdüyü aqibət barəsində… Araşdırmaçı alim Nəsiman Yaqublu Modern.az-a açıqlamasında bu barədə bəzi məlumatları verib:

“1920-ci ilin aprelində Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra görkəmli dövlət qurucuları demək olar ki, ölkəni tərk etmək məcburiyyətində qaldılar. Məhəmməd Əmin Rəsulzadə Lahıcda gedib gizli həyat yaşamağa başladı. Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Çünki, onlar başa düşürdülər ki, ciddi cəza tədbirləri görüləcək. Belə bir zamanda Nəsib bəy Yusifbəyli də Azərbaycandn getməyə məcbur oldu. Amma onlar Gürcüstana gedirdilər.

Çünki, Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. Orada bir müddət qaldıqdan sonra bolşeviklər tərəfindən təqib edildi.

Xoyski erməni quldurları tərəfindən 1920-ci ilin iyun ayında qətlə yetirildi və Tiflis qəbirsanlığında Mirzə Fətəli Axundovun yanında dəfn olundu. Bir qədər keçdikdən sonra digər görkəmli xadim Həsən bəy Ağayev də eyni qaydada qətlə yetirildi.
Sonra Gürcüstana keçmək istəyən Nəsib bəy Yusifbəyli də eyni qaydada öldürüldü. Fətəli Xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimidir. Onun ailəsi də 1920-ci ildən sonra təqib olunurdu.

Xoyskinin qızı bolşevik Mirzə Davud Hüseynovun həyat yoldaşı idi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər”.

İkinci məqamı isə biz sizə təqdim edirik.

Fətəli xan Xoyski parlamentdən tariximizin ən uğurlu işlərindən birini – Paris Sülh Konfransında təsdiqlənməmizi elan etdi. Bu tarixi çıxışda hər şey var. Yaxşısı budur ki, oxuyaq:
1920-ci ilin yanvarı… İclas saat 12-yə 45 dəqiqə keçmiş açılır. Sədr iclası açaraq birinci sözü xarici işlər naziri Fətəli Xan Xoyski cənablarına verir. Fətəli Xan Xoyski - (alqışlar içərisində kürsüyi-xitabətə çıxır).

- Möhtərəm məbuslar! May ayının 28-də 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməkə vadar oldu.

Əfəndilər! Sırağa gün Tiflisdən bizim Gürcüstanda olan nümayəndəmizdən bir teleqraf gəldi ki, məzmunu şöylədir. (Oxuyur).

Bu gün ingilis nümayəndəsi vürud olub məlum etdi ki, lord Kerzon sülh konfransında nümayəndələrə təklif etmiş ki, Azərbaycan və Gürcüstan istiqlaliyyətləri gərək təsdiq olunsun. Sülh konfrası nümayəndələri bu təklif mütəda qəbul etmişlər. Bu ayın 11-də olmuşdur. Lakin [xəbər] bizə sırağagün gəlib yetişdi. Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bu günki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
17.09.2019
QMİ-nin Rusiyada nümayəndəliyi rəsmi qeydiyyata alınıb
17.09.2019
Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ
16.09.2019
Salyanda aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları hədiyyə edilib
16.09.2019
Bu il Azərbaycanda 35192 nikah və 9793 boşanma halı qeydə alınıb