Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Canəli Əkbərovun ittihamı Siyavuş Kərimini özündən çıxartdı: "...mənim adımla bağlamayın!”

02:00  |    01 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Xalq artisti Canəli Əkbərov və Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi arasında gedən qalmaqal səngimir.

Canəli Əkbərovun musavat.com-a açıqlamasında “Mən orda dərs deyəndə Siyavuş Kərimi məzun olmuşdu. Sonra isə özlərinə mafiya düzəldib, konservatoriyanı iki yerə böldülər” deməsi isə müəyyən müzakirələrə yol açıb. Çünki zamanında Milli Konservatoriyanın Bakı Musiqi Akademiyasından ayrılma səbəbi bir çoxları üçün hələ də aydın deyil.

Qeyd edək ki, 1922-ci ildə yaradılan Azərbaycan Milli Konservatoriyası təxminən 80 ilə yaxın dövrdə ölkədə yeganə konservatoriya olub. Yalnız həmin ildə görkəmli bəstəkar Müslüm Maqomayev konservatoriyada fəaliyyət göstərən “Şərq musiqisi” fakültəsini ayıraraq ona müstəqil status vermək məqsədi ilə “Şərq Konservatoriyası”nın yaradılması haqqında əmr və göstəriş vermişdi. Adıçəkilən Konservatoriyaya rəhbərlik Üzeyr Hacıbəyliyə tapşırılır. Lakin Narkomprosun Kollegiyasının qərarı ilə Azərbaycan Dövlət Türk Musiqi Texnikumu yaradılır və onu Musiqi Texnikumu və ya Şərq Konservatoriyası adlandırırlar.

Milli Konservatoriyanın Bakı Musiqi Akademyasından ayrılması isə 2000-ci ildə baş verib. Prezidentin sərəncamı ilə həmin ildə Azərbaycan Milli Konservatoriyası təsis edildi. Sərəncama əsasən musiqi ocağının rektoru vəzifəsi Siyavuş Kərimiyə həvalə edildi. Hazırda adıçəkilən konservatoriyanın tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxildir.

Canəli Əkbərovun ittihamına gəldikdə isə, rektor Siyavuş Kərimi musavat.com-a danışaraq məsələyə bu cür mövqe bildirdi: “Nə danışırsız? Konservatoriyanın ayrılması dövlətin proqramıdır. Bu məsələni mənimlə bağlamayın, xahiş edirəm”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı
20.09.2019
Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL
20.09.2019
Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdi
20.09.2019
Millət vəkili borca görə deputat vəsiqəsini girov qoydu
19.09.2019
Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi