Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Frenk Elkaponi Azərbaycan prezidentliyinə seçkilərdə iştirakdan imtina etdi

00:26  |    01 Noyabr 2017  |   E-mail  |  Çapa göndər

Daha çox Frenk Elkaponi kimi tanınan məşhur biznesmen Fizuli Məmmədov Azərbaycanda gələn il keçiriləcək prezident seçkilərində iştirakdan imtina edib.


Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen bir neçə gün əvvəl “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə onlayn-səsvermə keçirmişdi. Orada prezidentliyə namizədlərdən biri kimi Fizuli Məmmədovun öz adı göstərilmişdi.

Fizuli Məmmədov yerli KİV-lərə verdiyi açıqlamasında bəyan edib ki, o yanlış anlaşılıb və onun seçkilərdə iştirak etmək planı yoxdur.

"Bu ki hüquq cəfəngiyyatıdır. Azərbaycanın Konstitusiyasına əsasən prezident vəzifəsinə namizəd son 10 il ərzində bu ölkənin ərazisində yaşamalıdır. Mən isə artıq uzun müddətdir ki, Azərbaycanda yaşamıram. Bundan başqa, mənim Rusiya və İtaliya vətəndaşlığım var. Yəni sırf hüquq nöqteyi-nəzərdən, mən seçkilərdə iştirak edə bilmərəm”, - o vurğulayıb.

Frenk Elkaponi, həmçinin xahiş edib ki, onun adı narkotiklərin dövriyyəsi ilə bağlı qalmaqalda hallandırılmasın: "Bu 17 il əvvəl olub. Bütün təhrikçilər, hansılar ki, bu ittihamın arxasında dururdular, azadlıqdan məhrum ediliblər. Həmin ittihamlar çoxdan geri çəkilib".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı
20.09.2019
Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL
20.09.2019
Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdi
20.09.2019
Millət vəkili borca görə deputat vəsiqəsini girov qoydu
19.09.2019
Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi