Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6789

Digər sorğular

Nuru Paşanın zabiti Bakı qoçusunu belə cəzalandırdı- TARİX

16:43  |    30 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Hadisə 1918-ci ilin payızında, türklərin Bakını azad etdiyi vaxta aiddir. Min bir çətinlik hesabına Bakını daşnak, bolşevik və başqa yadelli qüvvələrdən xilas edən Nuru Paşa ordusu bir müddət bu şəhərdə qalmalı olur. O zaman təəssüf ki, bəzi hərc-mərcilik yenə də davam etməkdə idi. Dövlətin olmamasından istifadə edən bəzi şəxslər özbaşınalığa öyrəşmişdilər.


Moderator.az şair, publisist, ərəb və fars dilinin mahir bilicisi Əliabbas Müznib xatirələrindən o dövrə aid çox maraqlı bir əhvalatı təqdim edir:

“Türklər məni hərbi komendantlığa çağırdılar və minbaşı Tofiq bəyə katib təyin etdilər. Tofiq bəy tapşırdı ki, mənə xəbər verməmiş heç kimi kabinetə buraxma. Xunxar məhəlləli qoçu, başkəsən Malbaş Dadaş komendantlığa gəlib, birbaşa zabitin kabinetinə yönəldi. Mən qabağa yeriyib xahiş etdim ki, qoy özünə xəbər verim, sonra gir içəri. Malbaş qışqıra-qışqıra məni söydü. Bu vaxt Tofiq bəy özü qapını açıb, biz olan otağa keçdi: “Yahu, şu nə qeyli-qal?!” deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir. Malbaş isə kənddə qalacaq, mənə divan tutar. Vəziyyəti yüngülləşdirmək üçün astadan dedim: “Tofiq bəy, şu zat qoçudur”.

Tofiq bəy tünd-tünd ona baxdı, dönüb məndən, təəccüblə xəbər aldı: -Qoçu? Yahu, bu nə biçim şey?
Başa saldım ki, qoçu güclü, qolu-zorba adama deyirlər, kimi istəsə haqq-nahaq döyər, cəza verər... Tofiq bəy əlini döşünə vurub dedi:
-O bən. Qoçu bən.
Qapıdakı növbətçini çağırdı:
-Çavuş əfəndi, iki şər, subay səslə!
Çavuş bir anda iki əsgər çağırdı. Tofiq bəy barmağı ilə Malbaşı göstərib, əmr etdi:
-Şu pəzəvəng hərifin sırtına hərəniz qırx zopa endirərsiniz, bən gediyorum, varmasam, bən qayıdana qədər davam edərsiz.

Çavuş arxadan Malbaşı qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qol-qıç atdı, heç nə hasil olmadı. Naxır bulağı meydanının ortasında Malbaşın paltarını soyundurub üzü-qoylu yerə sərdilər. Əsgərlər növbə ilə zopalamağa başladılar. Malbaşın bağırtısı, yalan olmasın, Nardaranda eşidilirdi. Huşunu itirdi, qanı axa-axa cicimə uzadıb evinə apardılar. Türklər Bakıdan gedəndən bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmadı.

Elmin Nuri
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.04.2020
İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı
03.04.2020
Bill Geyts və masonların kirli oyunları: Karantindən sonra nə olacaq...?
31.03.2020
Bu şəxslər 100 manat məbləğində cərimələnəcək
29.03.2020
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29.03.2020
Bakı havasında nəzərəçarpacaq dəyişiklik yaşanıb