Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

56 illik dəmiryol körpüsü təhlükə mənbəyinə çevrilib-Binəqədidə

16:45  |    28 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən dəmiryolu körpüsü uçulub dağılır.

Üzərindən qatar relsləri keçən körpünün bəzi hissələrində çatlar əmələ gəlib. Körpünün altından avtomobil və piyadaların keçdiyi yola tez-tez qum və daş parçaları tökülür.

Bunu virtualaz.org-a həmin ərazidə yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, artıq illərdir ki, körpü təmir olunmur: “Bu körpü 60 ilə yaxındır ki, tikilib. O vaxt necə tikilib istifadəyə verilibsə, həmin vaxtdan təmir üzü görməyib. Aşağıdan keçib getməyə qorxuruq, daş qırıntıları, qum başımıza tökülür”, - deyə Binəqədi sakini Abuzər Veysəlov deyir.

Sakinlərin sözlərinə görə, körpüdən Bakının bütün yük və sərnişin qatarları keçir. Strateji obyekt olsa da, vaxtlı-vaxtında təmir edilmir: “Bütün qatarlar - həm yük, həm də sərnişin qatarları buradan keçir. Təzə açılan Bakı-Sumqayıt sürət qatarının da yolu buradandır. Amma təmir edən yoxdur, bir gün başımıza uçacaq”, - deyə şikayətçilər bildirir.

Xatırladaq ki, dəmiryol körpüsü 1961-ci ildə tikilərək istifadəyə verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb