Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Erməni milyonçular Azərbaycan mətbəxi ilə biznes qurub

03:16  |    27 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Bizim mətbəx, bizim musiqi. Adı bizim, dadı onların...

Azərbaycan toy biznesi sırf əyalət, məişət məzmunludur. Biz öz toy biznesimizi matah mala çevirib onu İstanbul, yaxud Moskva kimi kosmopolit ünvanlara çıxara bilməmişik. Ermənilər bu çox vacib sahədə bizləri çoxdan arxada buraxıblar.

Erməni toy biznesi indi özünün ən “bərk gedən” məclislərini Moskvada, məşhur dəbdəbəli “Safisa” restoranında keçirir. Siftəni bu restoranda ötən il tanınmış İçkeriya milyarderi Qutsiriyev edib. Bir əlində bahalı tapança, digərində qızıl başlıqlı mikrofon, ləngər vura-vura çıxıb səhnəyə. Uzun nitqini axırda görünməmiş şabaşla bitirib.

Sonra bu “bahalı toy” ənənəsi keçir erməni milyarderi Samvel Karapetyana. Ötən il o, “Safisa”da iyirmi üç yaşlı kiçik oğlu Sarkisin toyunu keçirib, bu il isə böyük oğlu Karenin.

Nəticədə indi Moskvada əksər biznesmenlər, şou-biznes nümayəndələri, siyasi elita üzvləri həsədlə, həsrətlə növbəti erməni toyunu gözləyirlər. Erməni toyları adətən bizim “Məşədi İbad”, “Arşın mal alan” operettalarının musiqisi ilə müşayiət olunur. Əvvəl bəy, milli kostyumda ortaya düşüb öz kişi rəqsini ətrafdakılara nümayiş etdirir. Sonra ağ sonanı xatırladan gəlin, sağdan sola, soldan sağa bir belə süzür, bir elə...

Ancaq, toya dəvətlilər burda bir qayda olaraq həmişə Azərbaycan mətbəxi tələb edirlər. Öncədən sifariş verirlər: “Xahiş edirik süfrədə Azərbaycan yeməkləri, Azərbaycan meyvə-tərəvəzi olsun. Ağzımızın dadını bilirik. Mədəmizi küçədən tapmamışıq ki...”

Restoranın saytında bunu təsdiqləyən yüzlərlə yazı mövcuddur: “Restoranınızda qəşəng dincəldik. Ancaq qiymətləriniz çox bahadır. Qurmanları burda ilk növbədə Azərbaycan mətbəxi valeh edir. Ancaq bu mətbəxi başqa yerlərdə daha ucuz qiymətə sifariş etmək mümkündür. Qutablara söz yox. Adamın ağzında əriyir. Sarımsaqlı- badımcan üstündə süfrəmizdə az qala dava düşəcəkdi. Nar suyundakı turşular, soğan əla idi. Çayı samovarda gətirdilər süfrəyə. Zeytun mürəbbənizi dadıb, az qala bayıldıq”.

Milyarder Samvel Karapetyanı xahiş edirəm kiçildib cibinizə qoymayasız. O, ağıllı adamdı. Ağzının dadını yaxşı bilir. Azərbaycan mətbəxinə aludəçiliyinə də normal yanaşaq. Moskvada 500 nəfərədək qonağı ancaq Azərbaycan mətbəxi ilə xoşbəxt etmək mümkündür. Ay İspaniya süfrəsi, Kipr mətbəxi, Çin kulinariyası...Müasir Moskva toylarında bütün bunlar hələ dəb deyil. Moskvadakı toy məclislərinə qonaqlar adətən, Azərbaycan mətbəxinin dadına gələrlər.

Toy biznesinə qurşanmış Moskva restoranlarının gəlirləri yüksəkdir, menyuları zəngin. Menyular birmənalı şəkildə sırf Azərbaycan yeməklərini, meyvə-tərəvəzlərini reklam edərlər. Menyularda bu ayrıca qırmızı xətlə göstərilir. Misal üçün bax bu cür : “Kələm, yarpaq dolmalarımız ekoloji cəhətdən təmiz Azərbaycan tarlalarındandı. Pomidorlar Bakıdan, Zirə kəndindən. Göyərtinin bütün çeşidləri, keşniş-şüyüd, cəfəri, reyhan, tərxun, nanə Gəncədən bu gün gətirilib. Şorabalar Qəbələdəndi. Nərə balığı, kütüm...Xəzərdən dünən tutulub. Əncir mürəbbəsi öz yerində. Şüyüdlü süzmə, balqabaq qutabları, ət qutabları. Nar dənələri ilə. Yeyin. Uduzmasız. Ət, bu gün səhər Azərbaycan sallaqxanalarında qarmaqdaydı. Axşam, sizin süfrənizdədir. Ağzınız şirin olsun. Çayımız, Lənkəran mənşəlidir. Yanında şəkərburası, paxlavası”.

Bəli, Moskvadakı toy biznesində bizim mətbəx həmişə irəlidədir. Kulinariya top-10-nunda biz stabil olaraq 1,2, 3-cü yerləri götürürük adətən. Ancaq, burdakı toy məclislərinin baş qəhrəmanları, müştəriləri arasında bir qayda olaraq azərbaycanlılar azdı.

Yox...bizlər Moskvada toy-büsatlar təşkil edirik. Ancaq ermənilər kimi rus elitasını bu məclislərə yığa bilmirik. Son bir ildə Moskvada iki oğluna toy məclisi keçirmiş milyarder Samvel Karapetyan belələrindən biridir. Azərbaycan toy modelini, musiqisini, kulinariyasını Moskvaya ixrac etmiş bu iş adamı indi özünü möhkəm tutub toy biznesində. Restoranları, şirkətləri bu gəlirli sahəni daim nəzarətdə saxlayır. İndi gəlin bu ilin sentyabrında Moskavanın “Safisa” restoranında keçirilmiş belə növbəti toylardan biri haqda sizə geniş məlumat verim.

***

Dosye: Restoran “Safisa”. Ünvan-Moskva. Vorobyovskaya şosse, d. 2b.

SAYT: http://www.safisa.ru

TELEFONLAR+7 (495) 795-02-00

MƏTBƏX: Şərqi Avropa. Qafqaz.

XİDMƏT NÖVLƏRİ: Banketlər. Toy məclisləri.

Bir yerin qiyməti: Qiymətlər burda 2000 mindən, 3000-dən başlayır.

16 sentyabr 2017-ci il tarixində erməni əsilli milyarder Samvel Karapetyan kiçik oğlu Kareni- MQİMO məzununu, məhz burda sadə “gözəlçə Fatma” ilə-Lilit adlı bir erməni axçiki ilə evləndirib.

QONAQLAR: Başda, erməni katolikosu Qaregin 2-ci. Ermənistan prezidenti Serj Sərkisyan. Baş nazir Karen Karapetyan. Deputatlar Ovik Abramyan, Qaqik Beqlaryan, Qaqik Surakyan, Samvel Aleksanyan.

ŞOU-BİZNES NÜMAYƏNDƏLƏRİ: Xaricdən- Patrisia Kaas, Cenifer Lopes, Stinq, “Maroon-5”, Eros Ramazotti. Reper Timati. Daxildən-Dima Bilan, Qriqoriy Leps, Alla, Valeriy Meladze, Sofiya Rotaru, Filipp Kirkorov.

APARICILAR: Andrey Malaxov, Vera Brejneva. Rusiya prezidenti kürsüsünə namizəd Ksenya Sobçak.

KİRVƏ: Ermənistanın baş naziri Karen Karapetyan.

TOY ƏLBİSƏLƏRİ: Gəlinlik paltarı, bəyin qara kostyumu “Elie Saab”, “Zuhair Murad” şirkətlərindən. Başındakı tac- “Tiffany” brendindən ( qiyməti 200 min dollar).

TORT: Səkkiz qatlı, altı metr hündürlüyündəki bu tort əsl sənət əsəri idi. Müəllifi: Küveyt şeyxinin şəxsi aşpazı İyyad Əbuşərəf.

XƏRCLƏR: 2 milyon dollar.

***

“İlk dəfə belə mənzərə görürdüm-süfrədəki tortun hündürlüyü yuxarıdan asılmış çıl-çırağa mane olurdu”-aparıcı Vara Brejnevanın İnstaqramdakı bu qeydini indi də təəccübsüz oxumaq mümkün deyil.

Qısası, Moskvada ermənilər yaxşı biznes sahəsini qapazlayıblar-toy biznesini.

Bizim mətbəx, bizim musiqi. Bizim toy modeli...

Adı bizim, dadı onların.

Heyf, vallah.

HERİSÇİ HƏMİD
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var