Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

“Qəbələ” elə həmin “Qəbələ” idi” – Rəşad Sadıqov

03:16  |    23 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın IX turunda “Qəbələ”yə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə oyunla bağlı danışıb.

- Gözlədiyimiz kimi maraqlı oyun oldu. Yaxşı mübarizə şəraitində keçdi. Bu gün azarkeşlər meydanda maraqlı mübarizə gördülər. Əsl derbiyə yaraşan oyun oldu.

- “Qəbələ”nin bu oyuna daha çox motivasiya olduğunu gördün, yoxsa elə həmin komanda idi?

- Həmin “Qəbələ” idi. Gözlədiyimiz kimi oldu. Həmişə onlarla səfər oyunlarında erkən qol vurub müdafiədən oynadıqlarını bilirik. Çalışırdılar ki, erkən qol vursunlar. Buna da nail oldular. Amma komandamızı təbrik etmək istəyirəm. “Atletiko” ilə o cür ağır oyundan sonra bu gün yaxşı oynadılar. Səfərdə “Qəbələ” kimi komandaya qarşı belə oynamaq asan deyil. İkinci hissədə xeyli hücum qurduq. Yaxşı imkanlarımız oldu. Amma istifadə edə bilmədik. Ümumi götürəndə, bu gün komanda çox yaxşı oyun göstərdi.

- Bəlkə də bu sualı sənə vermək düzgün deyil. Bu gün “Qəbələ”nin qələbəsi çempionatda mübarizəni yenidən qızışdırdı. Bu, səni hardasa sevindirirmi?

- Biz belə şeylər haqda düşünmürük. Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Bu gün də bunu düşünürdük. Qələbə qazanmaq istəyirdik. Alınmadı, “Qəbələ” qalib gəldi. Onları təbrik etmək lazımdır.

- Bir epizodda hakimlə aranızda dialoq oldu. Orda nə baş vermişdi?

- Orada top Dinonun əlinə dəymişdi. Mən də elə bildim ki, rəqib müdafiəçi əllə oynayıb. Ömər Paşayev də dedi ki, sən səhv görmüsən. Top Dinonun əlinə dəyib. Qurtardı, getdi.

- Ümumiyyətlə, sanki bir az əsəbi idin?

- Əsəbi yox, istəkli idim.

- Demək olarmı ki, bu gün “Qarabağ” oynadı, “Qəbələ” qələbə qazandı?

- Hər iki komanda oynadı. İkinci hissədə isə “Qarabağ” çox əla təsir bağışladı. Sadəcə, qol vura bilmədik.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
24.06.2019
Oyuna Rusiya əleyhinə şüarla çıxdılar – gürcü futbolçulardan etiraz
23.06.2019
"Qarabağ" Türkiyədən məşqçi gətirir
23.06.2019
"Minsk 2019": Rüstəm Orucov erməniyə qalib gələrək yarımfinala çıxıb
23.06.2019
Minsk-2019: Azərbaycan samboçusu finala yüksəlib, rəqib erməni olacaq