Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Ermənistanda tələbə etirazı - Gənclər orduya getməkdən imtina edir

04:19  |    21 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Ermənistan paytaxtında tələbələrin aksiyası olub. İrəvan Dövlət Universitetinin tələbələri Müdafiə Nazirliyi tərəfindən təklif edilən qanuna qarşı çıxıblar. Sözügedən qanunda tələbələrə təhsillərini davam etdirmək üçün möhlət hüququnun ləğvi nəzərdə tutulur.

Aksiya iştirakçıları hesab edirlər ki, hazırkı addım yanlışdır. Çünki ordudan qayıdandan sonra təhsillərini davam etdirənlərin sayı çox az olur. Yürüş aksiyasının iştirakçıları Elm və Təhsil Nazirliyinin binası qarşısına qədər irəliləyiblər, rəhbərliklə görüş tələb ediblər. Bundan sonra nazirlik əməkdaşı ilə görüş mümkün olub. Ancaq tələbələrin aksiyasının davam etdiyi bildirilir.

Qeyd edək ki, Ermənistan ordusunda əsgər çatışmazlığı səbəbindən ordunun komplektləşdirilməsi mümkün olmur. Ölkə rəhbərliyi orduda xidmətin müqabilində pul mükafatı nəzərdə tutsa belə, durumu yaxşılığa doğru dəyişmək mümkün olmayıb. Bundan sonra ölkə rəhbərliyi tələbələrin ordudan möhlət hüququnu ləğv etməyə qərar verib ki, bu da kütləvi narazılıq yaradıb. Ermənistan rəhbərliyi etiraf edir ki, gənclərin kütləvi şəkildə ölkəni tərk etməsi və hərbi xidmətdən yayınması səbəbindən ordunun komplektləşdirilməsində ciddi problem yaranıb.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var