Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

“2 epizoddan birində penalti var idi” – Mahir Mədətov

14:47  |    19 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər


"Qarabağ"ın hücumçusu Mahir Mədətov Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə qolsuz heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, futbolçu əvvəlcə matç haqda fikirlərini bildirib.

- Doğma meydanda oynayanda komandaya inam böyük olur. Bu oyunda da hər şey mümkün idi. Qələbə də qazana bilərdik. Yaxşı mübarizə apardıq. 10 nəfərlə qalandan sonra bir qədər ehtiyatlı davrandıq. Ümumilikdə, komanda yaxşı oyun sərgilədi.

- “Roma” ilə oyundan sonra nə dəyişdi ki, komandada bu qədər özünəinam yarandı? Bu dəfə meydanda daha yaxşı “Qarabağ” var idi...

- “Roma” ilə matça ilk 15 dəqiqədə ehtiyatlı olsaydıq, yaxşı nəticə qazana bilərdik. Bu gün (dünən - red.) meydana daha diqqətli çıxmışdıq. Buna görə də nəticə qazandıq.

- Necə düşünürsən, qol vurmaq üçün yenə təcrübəsizlik çatmadı?

- Nə deyim? İmkanlarımız oldu, amma fərqlənə bilmədik. Penalti epizodlarını demək olar. 2 epizoddan birində penalti var idi.

- Cavab görüşü barədə nə düşünürsən?

- Hazırda Topaz Premyer Liqada “Qəbələ” ilə görüşü düşünürəm (gülür).

- Oyundan sonra “Atletiko”nun prezidenti ilə görüşdünüz. Nə barədə danışdınız?

- “Bakı”da oynadığım müddətdə “Atletiko”ya qarşı oynamışdım. Məni həmin vaxtdan tanıyır. Düzdür, görüşdük, amma hamısı ispanca danışdığından, heç nə başa düşmürdüm (yenə gülür).

- Bu gün azarkeşlər yenə sizi tək qoymadı. Stadiondakı atmosfer barədə nə deyə bilərsən?

- Hamısı möhtəşəm idi. Sanki meydanda 12 nəfər idik. Onların dəstəyi bizim gücümüzdür. Hamıya təşəkkür edirəm.

- Qrupda 3-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmaq şansınız qalır. Bu, nə dərəcədə inandırıcı görünür?

- Qarşıda daha 3 oyunumuz var. Maksimum şəkildə çalışmalıyıq. Əlimizdən gələni edib, bu oyunlarda xal toplamalıyıq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edilib
19.09.2019
Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında qalmaqal: haqsızlıqla barışmadı...
18.09.2019
Stadnik ikinci dəfə dünya çempionu oldu
18.09.2019
Mahir Emrelinin mənzilini qarət edənlər saxlanılıb
17.09.2019
Həbib Nurməhəmmədovdan məğlub etdiyi rəqibinə böyük jest