Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Tramp kasıblayıb. Ən varlı amerikalıların yeni siyahısı açıqlandı

00:38  |    19 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

ABŞ-ın “Forbes” jurnalı 2017-ci ilin ən varlı 400 amerikalısının siyahısını açıqlayıb.

Novator.az xəbər verir ki, siyahıya “Microsoft” şirkətinin qurucusu Bill Qeyts başçılıq edir. Onun varidatı il ərzində 89 milyard dollara çatıb.

İkinci yerdə 81,5 milyard dollarlıq varidatla “Amazon” şirkətinin qurucusu Ceff Bezos gəlir.

Üçüncü yeri sərmayəçi Uorren Baffet tutur. Onun varidatı 78 milyard dollar həcmində qiymətləndirilir.

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Suxerberq ən varlı amerikalılar siyahısında dördüncü (varidatı: 71 milyard dolar), “Oracle” şirkətinin rəhbəri Larri Elison isə beşinci (59 milyard dollar) yerdədir.

Siyahıda adı olan biznesmenlərdən 289 nəfərin var-dövləti il ərzində artıb, 51 milyarderin isə sərvəti azalıb.

Sərvəti azalanlar içərisində ABŞ prezidenti Donald Tramp da var. “Forbes” jurnalının hesablamasına görə, Tramp prezidentliyə başlayandan bəri, yəni 2017-ci ilin ötən dövrü ərzində 600 milyon dollar itirib. O, hazırda “Forbes”in siyahısında 248-ci yerdədir. Donald Trampın indiki varidatı 3,1 milyard dollar həcmində qiymətləndirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub