Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

“Qarabağ” (Vyana) klubu yaranıb- XƏBƏRİNİZ OLSUN

18:55  |    15 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Bu barədə tanınmış jurnalist Xalid Kazımlı xəbər verib. Onun musavat.com-da yayılan yazısını təqdim edirik.

Dün gecə soccerstand.com saytında futbol dünyasındakı yenilikləri, daha dəqiqi, matçların nəticələrini izləyirdim, bir də baxıram ki, diqqətimi cəmlədiyim oyunlarda heç bir yenilik olmasa da, bir az aşağıdakı sütunda hər üç dəqiqədən bir işıq yanır “GOAL” yazılır. Axırda diqqət edirəm ki, görüm, rəqibinin qapısını aşsüzənə döndərən hansı komandadır. Baxıram ki, “Karabakh Vienna”. Booy! Nə “Qarabağ”, nə Vyana?

Birinci ağlıma o gəlir ki, alçaq düşmənlər bizim acığımıza gedib Avropanın göbəyində eyni adlı komanda yaradıblar ki, bizim “Qarabağ”a alternativ olsun və Avropaya sübut eləsinlər ki, Qarabağ heç də təkcə Azərbaycana aid deyil, onlar da şərikdir. Ermənilərdən nə desən, çıxar axı. Bir şey ki, dolmaya, lavaşa, saca, cəhrəyə, mahnıya şərik çıxır, “bizimdir” deyirlər, o boyda cənnət mahaldan asanlıqla əl çəkərlərmi?



Ancaq yox, sağ olsun Google axtarış motorunu yaradanları, girib Google-də axtarıram, məlum olur ki, Vyanada fəaliyyət göstərən “Qarabağ” futbol klubu da bizimkidir.

Vikipediyada eynən bu cür yazılıb: “FK Qarabağ Vyana (alm. Fußballclub Karabakh Wien) — paytaxt Vyananı təmsil edən Avstriya Futbol Federasiyası klubudur və hazırda Avstriya Stadt Ligada mübarizə aparır. Klub ev oyunlarında rəqiblərini 7.828 nəfərlik Wiener Sportclub-Platz arenasında qəbul edir”.

Yəni bu klub həvəskar liqada-filanda deyil, əməlli-başlı rəsmi liqada oynayır, özü də yaxşı oynayır, 2-ci, 4-cü yerləri tutur. Məsələn, hazırda “Qarabağ” 8 oyundan 7 qələbəylə turnir cədvəlinin ön yerlərindədir.

Bizdən fərqli olaraq, Avstriya kimi futbol ölkələrində liqalar çoxdur. Elə ikinci “Qarabağ”ımızın oynadığı liqada da 17 komanda mübarizə aparır. Ərazisinə görə bizdən iki dəfə kiçik olan Hollandiyanın ikinci divizionunda isə 18 komanda yarışır. Yəni oralarda hər şəhərin, hər qəsəbənin peşəkar futbol klubu var. Bizdə isə Gəncə boyda şəhərin futbol klubu kasıbçılıq üzündən az qalır bağlansın.
Xüləs, bir az da Vyanada qalaq, görək ordakı “Qarabağ”ımızı kim nə vaxt yaradıb.

Məlum olur ki, dədə “Qarabağ” (yəni Qurban Qurbanovun komandası) kimi “bala” “Qarabağ”ın da totemi atdır, özü də dünyanın ən gənc klublarından biridir, 2014-də yaradılıb. Avstriyada “Qarabağ” adlı klub yaradan oğlan isə 1992-ci il təvəllüdlüdür. Yəni ermənilər “Qarabağ”a iddia edəndə bu gənc hələ doğulmamışdı, amma indi Avropanın ortasında özünəməxsus şəkildə Qarabağ davası aparır.

Onun adı Orxan Vəliyevdir. Azərbaycan vətəndaşıdır, amma Moskvada doğulub, böyüyüb, 2003-də Azərbaycana köçüb. Əgər Orxanın atasının adı Elmar və ya Xanlar adlı şəxslər olsaydı, anlamaq olardı ki, o, bu klubu necə təsis edib, necə saxlayır. Amma Vyanadakı “Qarabağ” klubunun sahibi və prezidenti olan Orxanın atasının adı Aydındır. Biz isə Aydın Vəliyev adlı nazir, oliqarx, biznesmen tanımırıq.
Orxan özü də idmançıdır, uşu-sanda üzrə dünya çempionudur. Vikipediya məlumatlarında “dünyanın 57 ölkəsində olmuş səyyah, yazıçı və iş adamı” kimi qeyd olunub.

Əlbəttə, onun iş adamı olmasına şübhə yoxdur, bir halda ki, belə bir iş bacarıb. Heç adamlığı da dartışılmaz. O, harda olursa-olsun, Azərbaycanın adını əziz tutur, onun uğrunda mübarizə aparır. Yazıçılığını isə bu yaxınlarda görəcəyik, “Mənim dünyam” adlı kitabı çıxhaçıxdır, ya da artıq çıxıb. Bir sözlə, Orxan savadlı oğlandır, BDU-nun və Harvard universitetinin hüquq fakültələrinin məzunudur.
Qürbətdəki “Qarabağ” (Vyana) komandasının meneceri də bizimkidir, Ramin Şükürov adlı gəncdir, amma onun haqqında məlumat azdır. Komandanın məşqçisi isə türk qardaşlarımızdandır – Volkan Kahraman.

Bəs bu klubun oyunçuları kimdir? Hə, bax, bura qəribi ağlamaq tutur. Böyük ehtimalla qürbətdəki “Qarabağ”ımızın oyunçuları bizdən deyil. Heyətdə türklər də (Kayhan, Kara) var, amma çoxu, yəqin ki, yerli futbolçulardır. (Ona qalsa, Ağdamın “Qarabağ”ında da legioner futbolçu çoxdur). Adam düşünür ki, yerli futbolçulardan 3-4-nü, lap elə burdakı “Qarabağ”da əsas heyətə düşə bilməyən gəncləri aparıb Vyanadakı “Qarabağ”ımızda oynadardıq. Həm uşaqlar təcrübə toplayardı, həm də iki qardaş klubun arasında yaxşı əlaqələr yaranardı.

Hər halda, bu çox pozitiv, sevindirici xəbərdir. Yoxsa Moskvada ermənilərin yaratdığı “Ararat” komandasının çıxışı adama yer edirdi, fikirləşirdik ki, o qədər milyonçumuz var, amma bir klub təsis edə bilmirlər, ermənilər isə edir.
Belə anlaşılır ki, biz hər sahədə dirəşmək əzmindəyik.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı - ermənini 6:0 məğlub etdi
24.06.2019
Oyuna Rusiya əleyhinə şüarla çıxdılar – gürcü futbolçulardan etiraz
23.06.2019
"Qarabağ" Türkiyədən məşqçi gətirir
23.06.2019
"Minsk 2019": Rüstəm Orucov erməniyə qalib gələrək yarımfinala çıxıb
23.06.2019
Minsk-2019: Azərbaycan samboçusu finala yüksəlib, rəqib erməni olacaq