Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

İran prezidenti Trampın açıqlamalarına sərt reaksiya verdi

14:01  |    14 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

İran prezidenti Həsən RuhaniABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalara münasibət bildirib.

“Reuters” xəbər verir ki, H.Ruhani ABŞ prezidenti Donald Trampın Fars Körfəzini Ərəb Körfəzi adlandırmasını tənqid edib və deyib ki, D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil: “Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”.

H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki, SEPAH güclü bir qüvvədir və xalq həmişə onun yanındadır: “Açıq şəkildə deyirəm ki, biz terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”.

H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət Planının pozulmasına nail olmaqdır.

“Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz. Bizim raketlərimiz özünümüdafiə üçündür. Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün həmişəkindən daha da çox silah istehsal etmək üçün çalışacağıq. İran bundan sonra öz raket istehsal proqramını daha da gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır”, - deyə H.Ruhani bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var