Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6355

Digər sorğular

“İndi deyirsiniz, Rahidi həbsə ataq?” – Qurban Qurbanov

23:57  |    13 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər


Topaz Premyer Liqasının 8-ci turunun "İnter" - "Qarabağ" matçından (0:2) sonra keçirlən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib.

Qol.az-ın xəbərinə görə, oyunun çətin keçdiyini bildirən təcrübəli mütəxəssis qələbə qazandıqları üçün şad olduqlarını söyləyib:

- Həmişə olduği kimi yenə də "İnter"ə qarşı oyunumuz çətin alındı. Şükürlər olsun ki, səbr etdik və qələbə qazanan tərəf olduq. Rəqibin futbolçuları bir-birini çox yaxşı anlayır. Bunun üçün bizə çətin oldu. Miçel 3 gün əvvəl məşq zamanı əzələsini dartmışdı. "Atletiko"ya qarşı oynayıb-oynamayacağı sual altındadır.

- Komandanızın üzvü və millimizin yeni kapitanı Rahid Əmirquliyev Almaniya ilə görüşdən öncə himnimizi oxumamışdı. Buna münasibətiniz...

- İndi deyirsiniz, Rahid Əmirquliyevi həbsə ataq? Açığı, bu barədə düşünməmişdim. Biz onun əxlaqına çox yaxşı bələdik, hamımız onun intizamını bilirik. Rahid o futbolçulardandı ki, çox oyunçulara öz davranışları ilə nümunədir. Məncə, bu futbolçulara hörmətlə yanaşmaq lazımdır. Onun himni oxumaması vətənə sevgisinin olmadığı anlamına gəlmir. Mən bir azərbaycanlı kimi ona qibtə edirəm.

- Ağabala Ramazanov niyə oynamır?

- O, zədəli olduğu üçün komandaya qoşulmayıb.

- Ramil Şeydayev Almaniya ilə görüşün ən yaxşılarından biri olsa da, bu gün onu meydana buraxmadınız...

- Ramili meydana buraxmağı düşünürdüm. Sadəcə, matçın gedişi elə alındı ki, ehtiyac qalmadı. Xüsusi bir səbəb yox idi.

- Dino Ndlovu son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi?

- Elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu.

- Rəşad Sadıqov və Dani Kintananın oynamaması süni örtüklə bağlı idi?

- Demək olar ki, bəli. Rəşadda da yüngül zədə var, komandaya tam qoşulmayıb. Daninin oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Platini həbs olundu
12.06.2019
"Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik" - Şəhriyar Rəhimov
09.06.2019
Məşhur futbolçunun evi qarət olundu
08.06.2019
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
08.06.2019
Millimiz Macarıstana uduzdu