Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Birinci divizionda nələr olur? - təsadüf, yoxsa qumar…

19:01  |    05 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər


Dünən 2017/18 mövsümü Azərbaycan birinci divizionunda ilk tura yekun vurulub.

Maraqlıdır ki, 5 oyunun hamısı eyni hesabla bitib:

“Sabah” - “Binə” – 1:0
MOİK – “Qaradağ Lökbatan” – 0:1
“Turan Tovuz” - “Şüvəlan” – 1:0
“Ağsu” - “Zaqatala” – 1:0
“Xəzər” – “Mil-Muğan” – 0:1

Bunlar təsüdüfdümü?

Premyer Liqa ilə yanaşı, Azərbaycan birinci divizionunun bərbad vəziyyətdə olması kimsəyə sirr deyil. Özbaşınalıqlar, qanun pozuntuları ilə dolu olan bu divizionda oyunların qumara (bukmeyker kontorları) qoyulmasına az qala hər tur rast gəlinib. Qəribədir ki, bütün bu proseslər AFFA və Peşəkar Futbol Liqasının nümayəndələrinin gözü qarşısında baş verib. Mətbuatın, bəzi klub nümayəndələrinin dəfələrlə problemi qaldırmasına baxmayaraq, futbol qurumları bu qanunsuzluqların olmadığını iddia edib. Amma ötən il işə UEFA-nın qarışmasından, qitənin ali futbol qurumunun hədə və tələblərindən sonra AFFA məcburiyyət qarşısında qalaraq birinci diviziona əl gəzdirməli oldu, nəticədə bəzi klublar və futbolçular yarışda uzaqlaşdırıldı.

Buna baxmayaraq, yeni mövsümün ilk turunda bütün 5 matçın hamısından qeydə alınan eyni hesablı nəticələr haqlı olaraq yeni şübhələrə yol açır. Təbii ki, həmin hesablar təsadüf də ola bilər. Amma kimsəyə sirr deyil ki, birinci divizionda ötən mövsümün yekunlarına kimi, elə tur olmayıb ki, orada bəzi matçların nəticələri “stavkaya” hesablanmasın. Klublar və futbolçular (təkcə onlarmı?) bu yolla ciblərini doldurmaqla məşğul olub və bütün bu özbaşınalıqlara AFFA, ən çox da oyunların təşkilatçısı olan PFL-n rəhbərliyi nəyə görəsə (bəlkə hansısa məqsədlə?) göz yumub. Nəticədə birinci divizonda hələ uzun illər əvvəl açılan bazarda şıfırğı “alver” gedib. Və 1-2 klubun ora buraxılmaması hələ həmin bazarın bağlanması anlamına da gəlməməlidir.

Birinci divizionun ilk turundakı bütün nəticələrin üst-üstə düşməsi futbol azarkeşlərinin haqlı narahatlığınlı daha da artırır. Ümid edək ki, növbətin turlar bu narahatlıqların əsaslı olmadığını göstərəcək...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.06.2019
"Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik" - Şəhriyar Rəhimov
09.06.2019
Məşhur futbolçunun evi qarət olundu
08.06.2019
Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
08.06.2019
Millimiz Macarıstana uduzdu
03.06.2019
"Azərbaycan millisinin müdafiə xəttini yarmaq çətindir"