Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Sərkisyan: “Rusiya lap belimizə minib...”

02:59  |    05 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Ermənistan parlamentində müxalif “Elk” fraksiyasının təşəbbüsü ilə ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasına dair təklifə baxılıb. Təklif gözlənildiyi kimi keçməyib, onun lehinə 7 deputat, əleyhinə 81 deputat səs verib.

Təşəbbüsü qaldıran fraksiyanın nümayəndəsi, keçmiş baş nazir Aram Sərkisyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, səsvermənin nəticələri onlar üçün gözlənilən idi. Çünki parlament çoxluğu ölkənin Rusiyadan asılı vəziyyətdə qalmasını istəyir. Sərkisyanın sözlərinə görə, müzakirələr zamanı hakim Respublika partiyasının nümayəndələrinin çıxışları göstərdi ki, onlardan çoxu Ermənistanın müstəqilliyini və suverenliyini şübhə altına alır, deyir ki, Ermənistan müstəqi şəkildə öz sərhədlərini qorumağa və düşmənə cavab verməyə qadir deyil.



Müxalif deputat əmindir ki, ölkə hakimiyyəti prezident Serj Sərkisyandan başlamış nazirlərə qədər hər şeyi edirlər ki, Rusiyanın işinə yarasınlar və hakimiyyətlərini saxlasınlar.

“Bizim Xarici İşlər Nazirliyi bütün dünya boyu Rusiyanın maraqlarına xidmət edir və harada lazımsa orada Rusiya XİN necə istəsə elə səs verir. Bizim energetika sahəmiz tamamilə Rusiyaya məxsusdur... Baş nazirdən soruşmaq lazımdır ki, dövlətdə ruslara vermədiyimiz daha hansı sahələr qalıb?” - Aram Sərkisyan bildirib.

Keçmiş baş nazir hesab edir ki, hakimiyyət nümayəndələrinin Ermənistanın Avrasiya İttifaqından çıxacağı halda vəziyyətinin “dəhşətli olacağı” haqda dedikləri sadəcə olaraq gülməlidir. “Bundan da betər daha nə ola bilər?” - müxalifət nümayəndəsi sual edib.

Sərkisyan sadalayıb ki, Ermənistandan əhalinin axını davam edir, insanlar ABŞ-a, Avropya üz tutur, orada öz bizneslərini qurur. “Kimin belə imkanı yoxdursa, dili bilmirsə Rusiyaya mühacirət etməyə məcburdur. Və nə vaxta qədər ki, onlar oradadır, biz Rusiyanın belimizə minməsinə, Azərbaycana silah-sursat satmasına göz yummağa məcburuq”, - o əlavə edib.

Sərkisyan qeyd edib ki, Ermənistana investisiyalar yatırılmır, çünki heç bir avropalı investor Avrasiya İttifaqının üzvü olan ölkəyə investisiya qoymaz. Rusiyanın isə o qədər pulu yoxdur ki, Ermənistana investisiya qoysun.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var