Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6563

Digər sorğular

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması səsə qoyuldu

00:49  |    05 Oktyabr 2017  |   E-mail  |  Çapa göndər

Oktyabrın 4-ü Ermənistan parlamentində Avrasiya İqtisadi İttifaqı ilə bağlı qanun layihəsi səsə qoyulub.

Novator.az-ın məlumatına görə, müxalif “Çıxış” blokunun hazırladığı layihə Ermənistanın Avrasiya İqtisadi İttifaqından ayrılması üçün parlament komissiyası yaradılmasını nəzərdə tutur. Layihə müəllifləri Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını və Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasını təklif edirlər.

Parlament üzvləri “Çıxış”ın layihəsini dəstəkləməyib. Layihənin lehinə 10, əleyhinə 79 səs verilib.

Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar. Təşkilatına icra orqanı olan Avrasiya İqtisadi Komissiyasına Ermənistan təmsilçisi Tiqran Sərkisyan sədrlik edir.

“Çıxış” Ermənistan parlamentində 9 mandatla təmsil olunur. Bloka Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan rəhbərlik edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.10.2019
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
26.05.2019
“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandakı mitinqdə qarabağlılar hədələdi
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var