Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6560

Digər sorğular

ABŞ Konqresinə təqdim olunmuş Azərbaycan qətnaməsində nələr var?

19:37  |    29 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

ABŞ konqresmenləri Kristofer Smit və Cim Makqovernin Nümayəndələr Palatasına təqdim etdikləri Azərbaycan qətnaməsinin hansı müddəalardan ibarət olduğu bilinib. Azadliq.info-nun məlumatına görə, layihədə bildirilir ki, 2017-ci ilin avqustunda Azərbaycanın qeyri-hökumət hüquq müdafiə təşkilatları koalisiyası ölkədə 158 siyasi məhbus qeydə alıb.

Müxalif liderlərdən İlqar Məmmədovun Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən həbsdə qaldığı, ictimai abidəyə şüar yazan iki gənc fəalın həbs edildiyi, işgəncələrə məruz qaldığı, bəzi saytların bloklandığı, jurnalist Xədicə İsmayılın ölkədən çıxma qadağası ilə üzləşdiyi, jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanaraq Azərbaycana göndərildiyi və tutulduğu vurğulanır.

Layihəyə əsasən, Konqresin Nümayəndələr Palatası:

– Birləşmiş Ştatların strateji beynəlxalq təhlükəsizlik, Avropanın enerji təhlükəsizliyi və iqtisadi inkişaf sahələrində Azərbaycan hökuməti ilə tərəfdaşlığın əhəmiyyətini təsdiq edir;

– Birləşmiş Ştatlar hökumətini diplomatik iştirakında və ikitərəfli yardım göstərərkən Azərbaycan hökumətinin insan hüquqlarını, əsas azadlıqları və qanunun aliliyini pozması faktlarına xüsusi diqqət yetirməyə çağırır;

– Azərbaycan hökumətini bütün siyasi məhbusları və vicdan məhbuslarını dərhal azad etməyə, onların sənədlərini bərpa etməyə, səfər qadağalarını götürməyə və siyasi fəaliyyətlə, müstəqil jurnalistika və digər fəaliyyət növləri ilə məşğul olan vətəndaşların təqibinə, qorxudulmasına və onlara qarşı amansız rəftara son qoymağa çağırır;

– Birləşmiş Ştatları israrla Qlobal Maqnitski Qanununun müddəalarına uyğun olaraq beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətinin vəzifəli şəxslərinin aşkar olunması və onlara qarşı maliyyə məhdudiyyətlərinin tətbiq edilməsi üçün kəşfiyyat mənbələrindən, diplomatik mənbələrdən, açıq mənbələrdən, Konqresdən və qeyri-hökumət təşkilatlarından gələn hesabatları diqqətlə təhlil etməyə çağırır;

– Birləşmiş Ştatların hökumətini israrla 1998-ci il tarixli “Dini etiqad azadlığı haqqında” beynəlxalq qanuna uyğun olaraq dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətinin vəzifəli şəxslərinin aşkar olunması və onlara qarşı səfər məhdudiyyətlərinin tətbiq edilməsi üçün kəşfiyyat mənbələrindən, diplomatik mənbələrdən, açıq mənbələrdən, Konqresdən və qeyri-hökumət təşkilatlarından gələn hesabatları diqqətlə təhlil etməyə çağırır;

– Demokratik islahatlara nail olunması, Helsinki Yekun Aktında və digər beynəlxalq nizamnamələrdə əksini tapmış əsas azadlıqların həyata keçirilməsi üzrə dinc səylərə dəstəkdə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir.

Novator.az xatırladır ki, 2016-cı il dekabrın 8-də ABŞ Konqresi Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktını qəbul edib. Bu akt 2012-ci ildə qəbul olunmuş Maqnitski insan haqları qanununun təsir dairəsini genişləndirib, onu qloballaşdırıb.

2012-ci il qanunu yalnız Rusiya vətəndaşlarına şamil edilir, insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların tətbiqini nəzərdə tuturdu. Qanuna əsasən, rusiyalı vəkil Sergey Maqnitskinin istintaq təcridxanasında ölümündə əli olduğu ehtimal edilən Rusiya məmurları və hüquq mühafizə orqanı əməkdaşları qara siyahıya salınıb. Qanunda göstərilib ki, onlara ABŞ-a səfər etmək qadağan edilir, maliyyə sanksiyaları da tətbiq oluna bilər.

2016-cı il dekabrın 8-də qəbul edilmiş Maqnitski aktı təkcə Rusiya deyil, bütün ölkələrin vətəndaşlarına tətbiq oluna bilər. Bu sənəd ABŞ prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.11.2019
Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
14.11.2019
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13.11.2019
Oqtay Əsədov Sahil Babayevə: "Yerlibazlıq edib sənə imkan yaratdıq..."
13.11.2019
Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb
13.11.2019
Oqtay Gülalıyevin vəziyyəti ağırlaşdı