Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Lütfi Zadə ilə vida mərasimi oldu və o, dəfn edildi - Fotolar

18:05  |    29 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Dünya şöhrətli alim, professor Lütfi Zadə ilə Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi keçirilib. Musavat.com-un məlumatına görə, mərasimdə deputatlar, nazirlər və digər ictimai şəxslər iştirak ediblər.

Qeyd edək ki, Lütfi Zadənin nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Heydər Əliyev məscidində cənazə namazı qılındıqdan sonra mərhum alimin nəşi vida mərasimi üçün AMEA-ya aparılıb.

Vida mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünya şöhrətli alimi öz vətənində son mənzilə yola salırıq:
"O, Azərbaycanla qürur duyurdu. Azərbaycan onunla qürur duyur. Lütfi Zadə dünya elminə töhvə verdi. Əminəm ki, Azərbaycanın təhsil ocaqlarında yeni Lütfi Zadələr yetişəcək”.



Daha sonra çıxış edən akademik Telman Əliyev çıxış edərək bildirib ki, zəmanəmizin görkəmli alimi Lütfi Zadənin vəfatı, xalqımız üçün çox böyük itkidir: "O böyük elmə Lütfi Zadə kimi daxil olub. Onun nəzəriyyələri informatika, kibernetika, idarəetmə elmlərin inqilaba səbəb olmuş və bu işə digər sahələrdə də inkişafa səbəb olub. Hazırda ən çox inkişaf etmiş ölkələrdə bank sistemləri, nəqliyyat sistemləri hamısı Lütfi Zadənin nəzəriyyəsi əsasında işləyir. Bu gün butun müayinə sahəsi də məhz intelektuallaşaraq idarə olunur. Bütün bunların hamısının nəticəsində insanların həyatının keyfiyyəti yaxşılaşır. Analiz etsək görərik ki, heç bir alim cəmiyyətin, insanların həyatına bu qədər fayda verən iş görməyib. Biz Lütfi Zadə ilə fəxr edirik. O, vətənini çox sevirdi. Onunla çox təmasda olmuşam. Lütfi Zadə 1965-ci ildə Bakıya gələndə onu burada çox gözəl qiymətləndirdilər".

Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov da çıxış edərək, mərhum alimin elm sahəsindəki uğurları barəsində danışıb. M. Mərdanov bildirib ki, Lütfi Zadə hər birimizin fəxr etməli olduğu alimdir:

"Əgər böyük Aristotel məntiqi ilə dünya ağ və qara rəngdə görünürdüsə, Zadə məntiqi ilə dünyanın bütün çalarlarını görürük. Lütfi Zadənin dostları arasında prezident Ruzvelt, Nikson kimi adamlar və böyük alimlər olub. Dövlətimizin başçısı Lütfi Zadənin əməyini hər zaman yüksək qiymətləndirib. Bu gün burada prezidentimizin, yüksək vəzifəli dövlət məmurlarının inkişafı, Azərbaycanda elmə olan dəyərin göstəricisidir. Allah rəhmət eləsin".



Çıxış edən ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta bildirib, bu cür mərasimdə çıxış etdiyim üçün həyəcanlıyam:
"Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun nəaliyyətləri həm Azərbaycan, həm də ABŞ üçün çox əhəmiyyətlidir. Azərbaycannin böyük oğlu ABŞ və dünya elminə böyük töhfələr verib". Daha sonra səfir, Lütfi Zadənin elm sahəsindəki uğurlarından bəhs danışıb. Lütfi Zadənin ailəsi adından

Bu şərəfli işdə başda möhtərəm prezidentimiz olmaqla əməyi keçən bütün dəyərli insanlara öz dərin təşəkkürümü bildirirəm:

"Dahi alim Lütfi Zadə bu torpaqda doğuldu və burada əbədiyyən yatacaq. Allah rəhmət eləsin, ruhu şad olsun".



Mərhumun ailəsi adından xalq artisti Cənnət Səlimova çıxış edərək Lüfi Zadəyə ehtiram göstərənlərə təşəkkürünü bildirib.

Daha sonra Lütfi Zadə ilə vida mərasimi başa çatıb və mərhum alimin cənazəsi Fəxri Xiyabana yola salınıb.



APA-nın məlumatına görə, dünya şöhrətli alim Lütfi Zadə I Fəxri xiyabanda torpağa tapşırılıb.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi