Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Qəbul imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən ilk açıqlama - VİDEO

03:16  |    29 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Universitetə qəbul imtahanları üzrə fənlərin sayı 5 dən 3 ə endiriləcək.

Üstəlik imtahanlarda açıq tipli suallarla yanaşı müxətlif yazı işləri və tapşırıqlar da tətbiq ediləcək. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 2 il sonra qəbul imtahanlarında tətbiq ediləcək yeniliklər barədə məlumat verib. O, imtahanalarda tətqiq ediləcək açıq və digər növ sualların yoxlanılması qaydasını da izah edib.
Universitetlərə qəbul zamanı 11 ci sinif buraxılış imtahanının nəticələri də əsas götürüləcək. Şagirdlər qəbul imtahanlarında hər qrup üzrə 5 yox, 3 fəndən imtahan verəcəklər. Sonda qəbul imtahanı və buraxılış imtahanlarının nəticələri toplanacaq və abituriyentin ümumi balı müəyyənləşdiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, 2019 cu ildən etibarən qəbul və buraxılış imtahanlarında müxtəlif növ suallar tətbiq ediləcək. Açıq sualların sayı isə xüsusi ilə çox olacaq.
Məleykə Abbaszadə bildirib ki, yazı işlərinin yoxlanılması zamanı qiymətləndirmə konkret meyarlar əsasında olacaq. Ona görə də markerlər tərəfindən subyektivliyə yol verilməsi ehtimalı olmayacaq. Bundan başqa şagird və ya abituryent imtahandan sonra öz şəxsi kabinetində ona hansı əsasla bal yazıldığını görə biləcək.
Sədrin sözlərinə görə, iki ildən sonra ali məktəblərə qəbul zamanı hansı fənlərdən imtahan veriləcəyi sabah açıqlanacaq. Artıq bu Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahanlarda müəyyən dəyişikliklər olsa da universitetlərə qəbul yenədə 700 ballıq sistem əsasında həyata keçiriləcək. Qeyd edək ki, yeniliklərin tətbiqi üçün Dövlət İmtahan Mərkəzi beynəlxalq ekspertlərlə də əməkdaşlıq edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyata başladı
03.07.2020
COVİD-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - AÇIQLAMA
03.07.2020
Bəhram Bağırzadənin səhhətindəki dəyişikliklə bağlı açıqlama
03.07.2020
Deputatdan təəccübləndirən TƏKLİF: Əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə...
03.07.2020
Baş epidemioloqun səsyazısı ilə bağlı açıqlama: Dəfndə olub...