Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

ABŞ Antiterror Mərkəzinin rəhbəri: “İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı“

20:36  |    28 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

"İranın "Hizbullah”dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə Azərbaycana, Misirə, Tailanda, Kiprə və Peruya göndərir”.

Virtualaz.org bildirir ki, belə sensasiyalı bəyanatla dünən ABŞ Milli Antiterror Mərkəzinin (MAM) direktoru Nikolas Rasmussen çıxış edib.

Qeyd edək ki, Milli Antiterror Mərkəzi ABŞ Milli Kəşfiyyatı direktoru aparatının strukturuna daxildir.

N.Rasmussen ABŞ Konqresinin hökumət müəssisələrinin işləri üzrə Senat Komitəsində milli təhlükəsizlik və terror təhlükələri məsələlərinə həsr edilmiş dinləmələrdə çıxış edib. Bu dinləmələr çərçivəsində Komitə üzvləri arasında Rasmussenin senatorlar tərəfindən ona qabaqcadan göndərilmiş suallara yazı cavabları da yayılıb.

"İran bütün Yaxın Şərq üzrə maliyyə köməyi göstərməklə, müasir silahlar verməklə və terror əməliyyatlarının keçirilməsi taktikasını öyrətməklə terrorizmin əsas sponsoru olaraq qalır. Bununla paralel olaraq, İran bütün planet boyu özünün döyüşçülər şəbəkəsini yaradır", - deyə TASS MAM rəhbərinin öz sərəncamında olan cavablarına istinadən vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi