Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6961

Digər sorğular

Fəlsəfə İnstitutunda Lütfi Zadəyə həsr olunmuş tədbir keçirilib

00:54  |    28 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Sentyabrın 27-də AMEA Fəlsəfə İnstitutunda görkəmli alim Lütfi Zadənin “Qeyri-səlis məntiq nəzəriyyəsinin işığında elm və fəlsəfənin əsas anlayışları” mövzusunda elmi seminar keçirilmişdir.

Qaziler.az bildirir ki, seminarı Fəlsfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq qeyd etdi ki, hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə Vətənində - Azərbaycanda L.Zadə hörmətlə anılır.
İ.Məmmədzadə həmçinin alimin irsini yaşatmaq məqsədilə elmi məqalələrin yazılıb dünya mətbuatında dərc edilməsi təklifini irəli sürdü.
Sonra çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov alimin elmi fəaliyyəti və dünya elminə gətirdiyi yeniliklər və qeyri-səlis məntiq nəzəriyyəsi haqqında seminar iştirakçılarına geniş məlumat verdi.
Məruzə ilə çıxış edən fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin mahiyyətindən danışaraq bildirdi ki, qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin əsas mahiyyətində mütləq heç nə yoxdur. Hər şey, riyazi dillə desək, 0-1 şkalasında müəyyən həddə dəyişir. Deməli, real dünyanın ümumi mənzərəsi 0 və vahid arasında olan onlarla, yüzlərlə çalarlardan ibarətdir.
Z.Quluzadə onu da qeyd etdi ki, L.Zadə ABŞ-da yaşamış Azərbaycan alimidir. Onun vətəni Azərbaycandır. Biz alimlər də görkəmli alimimizin irsini yaşatmalı və davam etdirməliyik.
Daha sonra seminar AMEA İdarəetmə Sistemləri İnstitunun əməkdaşı tex.elmləri doktoru, professor Ramin Rzayev, Fizika İnstitunun əməkdaşı f.r.e.n. Elmira İsayeva və Fəlsəfə İnstitutunun əməkdaşlarının qarşılıqlı müzakirələri ilə sona çatdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Prezident İlham Əliyev: “Generalın qisası alındı”
15.07.2020
Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib - FOTO - VİDEO
15.07.2020
Ermənilər Yerevandakı Ukrayna səfirliyinə hücum etdilər - VİDEO
15.07.2020
Ermənistan vətəndaşı Naxçıvana keçib - VİDEO
15.07.2020
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib