Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6444

Digər sorğular

Bəhram Bağırzadənin yerinə Zabit Səmədov – UEFA-dan “Qarabağ“ düzəlişi

21:48  |    27 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Bəhram Bağırzadənin yerinə Zabit Səmədov – UEFA-dan
"Qarabağ" düzəlişi


UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında dəyişiklik edib.

Qol.az-ın xəbərinə görə, qitənin ali futbol qurumunun saytı əvvəlcə “Qarabağ”ın azarkeşi kimi təqdim etdiyi Bəhram Bağırzadəni siyahıdan çıxarıb, onun yerinə isə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil edib.

Qeyd edək ki, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan B.Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmamışdı. Səhvini tez anlayan UEFA məşhur aktyorun adını siyahıdan çıxarmışdı. Ümumiyyətlə həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılmışdı.

Az əvvəl isə yazıda “Qarabağ”la bağlı hissə bərpa edilib və komandanın azarkeşi kimi Zabit Səmədovun adı göstərilib.

“Zabit Səmədov “Qarabağ”ın azarkeşlərindəndir. O, qrup oyunlarından əvvəl özünün İnstagram səhifəsində “Qarabağ”ı dəstəkləyən mesajlar paylaşır” – deyə UEFA-nın yazısında bildirilib.

Zabit Səmədov, "Qarabağ" - "Qəbələ" oyununda (09.04.2017)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.08.2019
AFFA Qurban Qurbanova görə "Qarabağ"ı cərimələyib
14.08.2019
"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda
21.07.2019
Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
20.07.2019
Prezidentdən idmançılarımıza pul mükafatı – SƏRƏNCAM
19.07.2019
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək