Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6656

Digər sorğular

“Pasportunu yandırmağa hazır olan şərəfsizlər vəzifəyə necə yerləşdirilib?“ - Deputatdan DTX-ya çağırış

17:36  |    27 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Milli Məclisin deputatı Fazil Mustafa Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib.

Mia.az-ın məlumatına görə, Fazil Mustafa sosial şəbəkədəki hesabında bunları yazıb:

"Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, "məni işdən müstıqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam.
Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir.

İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?

Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.01.2020
İlham Əliyev məşhur şirkətin direktoru ilə görüşdü
21.01.2020
“20 yanvar-Qəhrəmanlıq dastanı” adlı ədəbi-bədii gecə keçirilib
21.01.2020
Tağı Əhmədov bəzi deputatları tənqid edib
21.01.2020
Sabahın hava proqnozu açıqlanıb
21.01.2020
“Əsgərə salam” aksiyası davam edir