Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6962

Digər sorğular

Şəhid zabitimizin oğlu doğuldu - “Nəvəmdən Turalın qoxusunu alacam” - ŞƏHİD ATASI - FOTO

01:28  |    27 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Bu ilin fevralında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının xanımı ötən gün oğlan övladı dünyaya gətirib.

Şəhidin atası Əbdül Haşımlı Modern.az saytına deyib ki, uşağın da, ananın da səhhəti normaldır:

“Ötən gün nəvəm dünyaya gəlib. Hələ ki, adını qoymamışıq. Amma hamı Tural olmağını istəyir. Adını rəsmi şəkildə Tural qoymaq üçün gərək qohumlar bir araya gəlsin və məsləhət versinlər.
Uşağın da, anasının da səhhəti normaldır. İşə baxın ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib. Tural şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi. Amma üstündən az keşməmiş şəhid olduğu barədə xəbəri gəldi bizə.
Mən oğlumun ata olacağı xəbəri ilə şəhid olduğu xəbərini eyni vaxtda almışdım. İndi balaca Tural bizə böyük təsəllidr. O, oğlumuzun yolunu mütləq davam etdirəcək. Tural nəvəm dünyaya gəlişi ilə məni çox sevindirdi. Elə bilirəm, oğlum Turaldı, hələ yeni doğulub. Onu böyütmək, məktəbə yollamaq, ali məktəbə göndərmək, toyunu görmək kimi arzularım var. Oğlum Turalın ətrini, qoxusunu nəvəm Turaldan alacam. Nəvəm gəlişilə məni diriltdi, əyilmiş qəddimi düzəltdi. Əminəm ki, o da atası kimi və vətəninə layiqli övlad olacaq”.

Əbdül Haşımlı ailələrinə edilən diqqətdən də söz açıb.

“Bizim ailə ilə çox insanlar əlaqə saxlayır. Amma ən çox zəng edib maraqlanan dövlət işçilərindən Xocavəndin icra başçısı Eyvaz Hüseynovdur. Demək olar ki, hər həftə mənə zəng edir. Hərtərəfli yardım edir. Hətta Xocavəndə gedəndə məni heç yerə buraxmır, öz evində qonaq edir. Nəvəm dünyaya gələndə də ilk təbrik edənlərdən olub. Ordubad ın icra başçısı Elşad Məmmədov, şəhər sovetinin rəhbəri Əli Qəmbərov, Ordubad sakini Cəmaləddin Əhmədov da bizə çox kömək edib. Hətta Naxçıvan Ali Məclisinin tapşırığına əsasən Naxçıvan televiziyası Tural haqqında film də hazırlayıb”.

Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2020
Azərbaycanda daha 493 nəfər COVID-19-a yoluxub, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib
16.07.2020
Prezident Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar qəbul edib
16.07.2020
Nazirlikdən Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialara CAVAB
16.07.2020
Yüksəkrütbəli erməni zabitinin dəfnində gözlənilməz hadisə - VİDEO
16.07.2020
Dilqəm Əsgərovun oğlu da orduya yazıldı - FOTO