Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

SOCAR ixracı azaldıb

20:39  |    04 May 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin aprel ayında 102 531 ton (mart ayında 119 382 ton) dizel yanacağı və 23 834 ton (31 341 ton) təyyarə yanacağı ixrac edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-aprel ayları ərzində 387 141 ton dizel yanacağı, 87 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.

2015-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti isə 326,50 dollar təşkil edib.

Aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 59,76 dollara (mart ayında 55,93 dollar), Urals nefti - 60 dollara (55,07 dollar), BTC FOB Ceyhan tipli xam neft isə 61,42 dollara (57,33 dollar) satılıb.

Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 701 ton (mart ayında 169 470 ton), Supsa limanından 254 164 ton (254 003 ton), Ceyhan limanından isə 1 370 882 ton (1 226 280 ton) xam neft ixrac edib.

Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 486 ton, Supsa limanından 1 016 454 ton, Ceyhan limanından isə 5 925 281 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də Şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
Prezident Romada Azərbaycan-İtaliya biznes forumunda iştirak edib
09.02.2020
Nazir:“Biz aldığımızdan daha çox ödəyirik”
06.02.2020
Əmək pensiyaları indeksləşdirildi
28.01.2020
Çindən Azərbaycana bir sıra məhsulların gətirilməsi qadağan olunub
28.01.2020
Ramzan Kadırova keşiş paltarı "geyindirdilər" - 25 nəfər Çeçenistan vətəndaşı həbs olundu