Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6599

Digər sorğular

“Bütün rəqiblərə qəddar gözlə baxırıq“ - “Roma“nın baş məşqçisi

01:14  |    27 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


“Oyunçuların hamısını oynatmağa çalışırıq. Hər biri bizim üçün dəyərlidir”

Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu sözləri “Roma”nın baş məşqçisi Eysebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

- Hər bir rəqibə qarşı xüsusi heyət buraxırsınız?

- Heyətimizdə olan bütün futbolçuların xidmətindən yararlanmağa çalışırıq. Ancaq futbolçuları meydana rəqibə uyğun buraxmırıq. Ən hazırlıqlı olan oyunçular start heyətinə çıxmaq şansı qazanır. “Qarabağ”ın qrupadək necə irəliləməsindən xəbərim var. Onlara böyük hörmətim var.

- Əl Şəravi zədədən tez qurtuldu. Onu əvəzləyə biləcək oyunçu varmı?

- Biz də sevinirik ki, Əl Şəravi sıraya tez döndü. Əvəzləyiciyə gəlincə, Perottinin adını çəkə bilərəm.

- İtaliya klublarının Çempionlar Liqasında uğur əldə etmək üçün hazır olmamaları fikri ilə razısınız?

- Xeyr. Ölkəmizin İspaniya, İngiltərə, Almaniya klublarına qarşı qələbələri olub.

- “Roma”nı qarşıda çətin oyunlar gözləyir. “Qarabağ”la matçda heyət qurarkən bunu nəzərə alacaqsınız?

- Bəli, qarşıda bizi çətin oyunlar gözləyir. Ancaq siyasətimiz belədi ki, bütün rəqiblərə eyni - qəddar gözlə baxırıq və hər bir oyundan maksimal nəticə əldə etmək istəyirik. Bakıya qələbə arxasınca gəlmişik və heç bir güzəştdən söhbət gedə bilməz.

- “Roma”nın icraçı direktoru Roberto Qandini bildirib ki, Mahir Mədətovu izləyəcəklər. Nə vaxtdan “Qarabağ”ın hücumçusu maraq dairənizdədi?

- Çox maraqlı oyunçudu. Uzaq məsafədən zərbələri ilə seçilir. Ancaq bizim əsas məqsədimiz Bakıdan qələbəylə dönməkdi. Həm də “Qarabağ”ın sıralarında daha bir neçə futbolçu var ki, Mədətovdan da güclüdü və onları da iş başında görmək bizə maraqlı olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
10.12.2019
Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion oldular
09.12.2019
Milli Qəhrəmanın oğlu dünya çempionu oldu - FOTO
03.12.2019
"Psixoloji gərginlik var" - Qurban Qurbanov
02.12.2019
“Judo Club 2012” ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan turnir keçirib
30.11.2019
Güləşçimiz Hacı Əliyev ALROSA kuboku yarışında qələbə qazanıb