Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6479

Digər sorğular

Şəmsəddin Hacıyevin deputat mandatı geri alına bilər

18:53  |    21 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 18 may 2012 ildən 1 aprel 2014-cü ilədək təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borcların uçotdan yayındırılmasını nəzərə alaraq, qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialları Baş Prokurorluğa göndərib.


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş materialı araşdırıb.

İlkin araşdırma zamanı qeyd olunanlarla bağlı əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, 2012-2014-cü illərdə İqtisad Universitetinə deputat Şəmsəddin Hacıyev rektorluq edib. Bu araşdırma Şəmsəddin Hacıyevin həbsi ilə nəticələ bilərmi?

Modern.az saytı Milli Məclisin adı çəkilən deputatının məsələyə münasibətini öyrənə bilməyib. Şəmsəddin Hacıyev hələ ki telefon zənglərinə cavab vermir.
Tanınmış vəkil Adəm Məmmədov Modern.az-a deyib ki, bu maddələrlə açılan işlər ağır cinayətlər kateqoriyasına aiddir:

“Maddələr üzrə təqsirli şəxs və ya şəxslər 7 ildən 12 ilədək, eyni zamanda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil qeyd edib ki, cinayətdə təqsiri sübuta yetirilərsə, deputatın mandatı geri alına bilər:
“Əgər istintaq zamanı belə hallar müəyyən olunarsa, Baş prokurorluğun təqdimatı, Milli Məclisin qərarı ilə şəxsin deputatlıq toxunulmazlığına xitam verilə və məsuliyyətə cəlb oluna bilər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda 7 milyon dollar qazandı
20.09.2019
Uşaqpulu niyə verilməsin... Ekspert arqumetlərlə RAZI DEYİL
20.09.2019
Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən istefa verdi
20.09.2019
Millət vəkili borca görə deputat vəsiqəsini girov qoydu
19.09.2019
Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi