Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6705

Digər sorğular

Ziya Məmmədovun bacısı işdən buna görə çıxarıldı - Video

18:15  |    21 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın vəzifəsindən çıxarılmasının əsl səbəbi üzə çıxıb.



Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Bilik Günündə Lider TV-də xüsusi sujet də hazırlanıb. Belə ki, Nərimanov rayonunda yerləşən “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.

Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini Lider TV əməkdaşına deyiblər.

Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.

Qeyd edək ki, dünən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova Təhsil Nazirliyinin işçiləri tərəfindən liseydə aparılan yoxlamalardan sonra işdən azad edilib. Onu müvəqqəti olaraq liseyin müəlliməsi Almaz Əsgərova əvəz edir.

Lider TV-nin süjetini təqdim edirik:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.02.2020
İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı barədə rəsmi açıqlama
20.02.2020
“Ermənistanlıyam”, “Qərbi Azərbaycanlıyam”, “Gürcüstanlıyam” deməyin – SƏBƏB
19.02.2020
"Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını artıra bilər"
13.02.2020
İsgəndər Həmidovun həkimi ümidsiz danışdı: “Səhhəti çox kritikdir”
12.02.2020
İşgəncə verilən uşağın atası: “Oğlum zəng elədi ki, dədə, məni şişlə dağlayıblar”