Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Dövlət büdcəsinin gəlirləri açıqlandı

23:55  |    16 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10788,8 milyon manat, xərcləri 11327,5 milyon manat təşkil edib.

Büdcənin icrasında 538,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a bildiriblər ki, yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz artaraq 9410,1 milyon manata, xərcləri isə 19,2 faiz artaraq 9765,6 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 355,5 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,9 faizini təşkil edib.

Daxilolmaların 20,2 faizi əlavə dəyər vergisi, 15,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 11,0 faizi digər vergilər, 42,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 28,9 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 13,3 faizi sosial müdafiə və sosial təminat, 15,0 faizi ümumi dövlət xidmətləri, 13,9 faizi təhsil və səhiyyə sahələrinin, 28,9 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM
06.11.2019
Prezident İlham Əliyev Azərbaycan neftçilərini təbrik edib
01.11.2019
“Azəriqaz” İstehsasalat Birliyinə yeni baş direktor təyin olunub