Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

“Petkim”in yeni limanı Yunanıstanın Pirey limanı ilə rəqabət aparacaq

14:30  |    04 May 2015  |   E-mail  |  Çapa göndər

SOCAR-ın Petkim yarımadası ilə bağlı «Value-Site-2023» layihəsi Türkiyənin Əliağa ərazisini dünya miqyaslı haba çevirməyə xidmət edəcək.

Bu barədə Trend-ə "SOCAR Turkey Enerji"-nin rəhbəri, “Petkim” neftkimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib. Onun sözlərinə görə, “Value-Site” layihəsi çərçivəsində “Petkim” konteymer portu və “STAR” neft emalı zavodu daha vacib layihədirlər.

K.Yavuzun sözlərinə görə, “Petkim” konteyner limanı Egey regionuna inteqrasiya edilən və Türkiyənin ən iri limanı olacaq. “Petkim” konteyner limanı Yunanıstanın Pirey limanı ilə rəqabət aparacaq. O qeyd edib ki, layihənin birinci mərhələsi cari il ərzində başa çatacaq, limanın istismara verilməsi mərasimi isə 2015-ci ilin senytabrına planlaşdırılıb.

2013-cü ilin may ayında Türkiyənin “Petkim” neftkimya kompleksi və “APM Terminals” niderland şirkəti 1.5 milyon TEU gücündə konteyner limanının tikintisi haqqında saziş imzalayıblar.

“APM Terminals” 28 il ərzində limanının idarə edilməsi hüququna sahib olacaq. Yeni limanın gücü Aslancak limanın gücünü təxminən 50 % üstələyəcək.

Yavuzun sözlərinə görə, 10 milyon ton gücü olan STAR neft emalı zavodunun tikintisi inteqrasiya sahəsində atılan vacib addımdır. O bildirib ki, neft emalı zavodunun layihəsi Türkiyənin ən iri maliyyə layihəsidir.

Şirkət rəhbəri eyd edib ki, STAR neft emalı zavodu dizel, aviasiya, LPG yanacağı idxalını və həmçinin Türkiyənin cari tədiyyə balansı kəsrini 2.5 milyard dollar azaltmağa kömək edəcək.

Neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin birinci rübündə gözlənilir.

STAR neft emalı zavodunda əsas xammal kimi “Petkim” neftkimya kompleksi tərəfindən istifadə edilən naftanın illik istehsal həcmi 1.66 milyon ton təşkil ediləcək. Nafta ilə bərabər, yeni neft emalı zavodunda ultraaşağı kükürd tərkibli dizel yanacağı 5.95 milyon ton həcmində, aviasiya kerosini – 500 min ton, reformat – 500 min ton, neft koksu – 630 min ton, sıxılmış qaz – 240 min ton, qarışıq ksilol – 415 min ton və həmçinin 145 min ton kükürd həcmində istehsal ediləcək. Neft emalı zavodu mazut və benzin istehsal etməyəcək.

Zavodda Azeri Light, Kerkuk və Urals kimi neft sortlarının emalı planlaşdırılır.

Yavuz həmçinin qeyd edib ki, layihələrin həyata keçirilməsindən sonra “Petkimdə” 2018-ci ilə qədər 17 min müvəqqəti iş yerinin tikinti vaxtı açılacaq və 2500-ə yaxın insan daimi iş yeri ilə təmin ediləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb