Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Ermənistan Müdafiə nazirliyində növbəti qalmaqal

22:36  |    15 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


Bu günlərdə Ermənistan müdafiə nazirliyinin yüksək vəzifəli şəxsinin adı daha bir qalmaqalda hallanır.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, nazirliyin idarə rəisi Norayr Yolçyanın Yerevanın mərkəzində 3.5 milyon dollara mənzil aldığı, hətta lift üçün də əlavə 60 min ABŞ dolları ödəməsi barədə şok bir xəbər yayılıb.

Rüsvayçılığın böyüməsindən qorxan Ermənistan müdafiə nazirliyi dərhal açıqlama vermək məcburiyyətində qalıb. Panorama.am saytının müxbiri ilə söhbətində Mətbuat xidmətinin rəhbəri Arsrun Ovannisyan bunu şər-böhtan adlandırıb və guya Norayr Yolçyanla söhbət etdiyini və idarə rəisinin məsələnin məhkəmə yolu ilə həll olunmasının mümkünlüyü ilə maraqlandığını bildirib.

Xatırladaq ki, 2013-cü ildən Ermənistan müdafiə nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edlən və kriminal hərbi siyasi rejimin rəhbəri S.Sarqsyana yaxın münasibətləri ilə tanınan polkovnik Norayr Yolçyanın adı artıq bir neçə dəfə müxtəlif qalmaqallarda hallanıb və Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə mətbuatın gündəmində olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır
04.06.2020
Gözlənilməz görüş: Sisi Haftarı qəbul etdi
04.06.2020
Türkiyə iki ölkə ilə sərhədlərini açdı