Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Türkiyə Suriyaya girir - 25 min hərbçi ilə

19:27  |    15 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib.


Qaziler.az Trend-ə istinadən bildirir ki, Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib.

Türkiyə mətbuatı yazır ki, ABŞ-ın "əl-Qaidə"yə qarşı mübarizə" adı altında hücuma hazırlaşdığı şəhərdə təhlükəsizliyi Türkiyə, Rusiya, həmçinin İrandan dəstək alan Suriya hökuməti silahlı birləşmələri təmin edəcək.

Görüşdə uzun müddətdir Suriya ilə sərhəddə əməliyyata hazırlıq görən Türkiyə hərbçilərinin İdlibdə hansı ərazilərə yerləşəcəyi də dəqiqləşib. Belə ki, bu ay ərzində keçirilməsi planlaşdırılan əməliyyatla Türkiyə hərbçiləri Hatay vilayətinin Yayladağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olaraq İdlibin 35-50 kilometrliyinə qədər irəliləyəcəklər.

Türkiyə əməliyyata "Azad Suriya Ordusu" qüvvələri ilə birlikdə 25 min hərbçi ilə qatılacaq. Digər ərazilərdə təhlükəsizliyi isə Rusiya və İran-Əsəd rejimi silahlı birləşmələri təmin edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır
04.06.2020
Gözlənilməz görüş: Sisi Haftarı qəbul etdi
04.06.2020
Türkiyə iki ölkə ilə sərhədlərini açdı