Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Səfir: “ABŞ çox şaddır ki, Azərbaycanla əməkdaşlığı davam etdirir“

16:18  |    14 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

“ABŞ çox şaddır ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılması çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir".


Qaziler.az APA-ya istinadən xəbər verir ki, məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verib: “Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə töhfə verib.

Azərbaycanın əhəmiyyəti bu gün də ABŞ tərəfindən qəbul edilir və vurğulanır. Bu gerçəklik ABŞ prezidenti Donald Trampın 28 May - Azərbaycanın Respublika günü münasibətilə, habelə 24-cü Beynəlxalq Neft və Qaz Sərgi və konfransına göndərdiyi, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi və onun fevralda keçirilmiş Məşvərət Şurasına dəstək məktublarında aydın şəkildə əks etdirilib. ABŞ 1990-cı illərin sonlarında Azərbaycan neftinin dünya bazarlarına nəqlinə kömək edib, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə güclü siyasi dəstək verib, ABŞ şirkətləri burada öz maliyyələri və texnologiyaları ilə iştirak edib.

Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz yeni neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik.

ABŞ neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olub, bundan sonra da uzunmüddətli tərəfdaşı olaraq qalacaq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM