Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6940

Digər sorğular

Böyük Britaniyanın baş naziri: “Əminəm ki, yeni kontrakt Azərbaycanla əməkdaşlığımızı daha da gücləndirəcək“

15:21  |    14 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Bakıda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar təbrik məktubu göndərib.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, məktubu mərasimdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan oxuyub.

Təbriki oxumazdan öncə A. Dunkan Azərbaycanın tərəqqisinin şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini söyləyib.

T. Meyin təbrikində isə bildirilir ki, bu gün imzalanan saziş Böyük Britaniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: "Azərbaycan müstəqillik qazandıqdan sonra “Əsrin müqaviləsi"nin imzalanması ilə ilk dəfə Xəzərdə resurslarından istifadə etmək imkanı qazanıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Azərbaycan öz neftini dünyaya ixrac edib. 2020-ci ildə isə Azərbaycan qazının Avropaya ixracı başlayacaq. Mən üzr istəyirəm ki, bu sazişin imzalanması mərasimində - Bakıda ola bilmirəm. Ancaq əminəm ki, bu kontrakt əməkdaşlığımızı daha da gücləndirəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.07.2020
Benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01.07.2020
Dolların sabaha olan məzənnəsi
01.07.2020
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi
01.07.2020
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
01.07.2020
Prezident SƏRƏNCAM imzaladı