Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

“Hücum etməkdən çəkinməyəcəyik“ - Qurban Qurbanov

02:31  |    12 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər


"Çelsi" dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir".

Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, London klubu ilk dəqiqələrdən onları müdafəyə oturtmağa cəhd edəcək: "Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir".

Q.Qurbanov "Çelsi"nin baş məşqçisi və futbolçuları haqda müsbər fikirlər səsləndirib: "Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
08.10.2019
Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?
07.10.2019
Erməni döyüşçü rinqdə türk idmançını boğub öldürmək istədi - VİDEO
06.10.2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...