Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Karateçimiz Ayxan Mamayev Almaniyada Premyer Liqa turnirinin qalibi olub

03:26  |    11 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycanın karate üzrə milli komandasının liderlərindən olan Ayxan Mamayev (84 kq) Almaniyanın Leypsiq şəhərində keçirilən Premyer Liqa turnirinin qalibi adına layiq görülüb. İdmançımız Dünya Karate Federasiyasının (WKF) karate üzrə birinci kateqoriyalı nüfuzlu yarışında yeddi görüş keçirib.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Mamayev Koreya Respublikasının təmsilçisi Min Soo (2:0), meksikalı Limon Canedo (5:0), yunanıstanlı Georgios Çanos (4:3), taypeyli Vu Çun-Vey (4:0) rusiyalı İlya Qranovesov (2:1) və macarıstanlı Valeri Çobatarla (2:2, yarımfinal) görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici qarşılaşma A.Mamayevin Azərbaycan əsilli rusiyalı idmançı Aleksandr Əliyev üzərində 6:0 hesablı tam qələbəsi ilə yekunlaşıb.

Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb.

A.Mamayevin mövsümün son Premyer Liqa turnirində qızıl medal qazanması onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmləndirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
08.10.2019
Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?
07.10.2019
Erməni döyüşçü rinqdə türk idmançını boğub öldürmək istədi - VİDEO
06.10.2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...