Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

Azərbaycanın polo komandası yarışlarının qalibi olub

22:47  |    10 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışlarının finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub.


Bu mötəbər yarışda komandamızın heyətində Elçin Camallı, Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev, komandanın baş məşqçisi və oyunçusu Andres Laplasette çıxış ediblər. Azərbaycan təmsilçisinin kapitanı Elçin Camallı turnirin ən yaxşı oyunçusu seçilib.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarına sentyabrın 10-da yekun vurulub.

Üçüncü yer uğrunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ABŞ-ın “Qrand Çampions Polo Klub” komandasının poloçuları Monakonun “Monte-Karlo Polo Team” kollektivi üzərində 6,5:3 xal hesabı ilə qələbə qazanıblar.

Yarışı beynəlxalq dərəcələri hakimlər idarə ediblər.

Turnirdən əvvəl Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı olub. Daha sonra yarış iştirakçıları Azərbaycanın milli rəqslərini izləyib, bədii hissə nümayiş olunub.

Yarışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalara mükafatlar və kubok təqdim olunub. Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev və digər şəxslər təqdim ediblər.

Sentyabrın 8-dən 10-dək keçirilən dünya kuboku yarışlarında dörd güclü beynəlxalq peşəkar polo komandası – Azərbaycanın “Elite Horse and Polo Klub”, ABŞ-ın “Qrand Çampions Polo Klub”, İsveçrənin “Evviva Polo Klub St.Moritz” və Monakonun “Monte-Karlo Polo Team” mübarizə aparıb.

Qeyd edək ki, yarışların Bakıda keçirilməsi artıq beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda polo idmanını inkişaf etdirmək üçün çox mühüm vasitədir. Bakı üç gün ərzində məftunedici polo yarışı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul edib.

Dünyada qədim çövkən oyunun vətəni kimi tanınan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Son illərdə Azərbaycanın paytaxtında bir neçə uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə dünya kuboku yarışları təşkil olunub. Yüksək səviyyədə keçirilmiş bu turnirlərdən sonra 2015-ci ildə Bakıda təşkil edilmiş arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandası qalib gəlib. 2018-ci ildə İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmiz də təmsil olunacaq. Həmçinin Bakının 2020-ci ildə keçiriləcək otüstü polo üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar
14.10.2019
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
08.10.2019
Sosial mediada haqqında erməninin yalan yaydığı türk idmançı: Ermənistanda döyüşəkmi, Abrahamyan?
07.10.2019
Erməni döyüşçü rinqdə türk idmançını boğub öldürmək istədi - VİDEO
06.10.2019
Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...