Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Günəşdə güclü partlayışla bağlı RəsədxanadanXƏBƏRDARLIQ

04:21  |    07 Sentyabr 2017  |   E-mail  |  Çapa göndər

Bu gün Günəşdə güclü partlayış baş verib. Bu hadisə rusiyalı alimlər tərəfindən birmənalı qarşılanmayıb. Rusiya mətbuatında həyəcan təbili çalınıb. Günəşdə partlayışdan sonra ciddi fəsadlar olacağı barədə xəbərdarlıqlar edilib. Həqiqətən də, bu gün baş verən hadisənin ciddi fəsadları olacaqmı? Bu hadisə Azərbaycanda hansı səviyyədə hiss olunacaq?

Qaziler.az xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Ölkə.Az”a açıqlamasında bildirib ki, baş verən hadisə təbii prosesdir.

Onun sözlərinə görə, bu gün baş verən partlayış həqiqətən də X səviyyəsində olub.

“Bu partlayış gün ərzində davam edib. Bu hadisənin təsiri bir gün, uzağı iki gündən sonra bilinəcək”, - deyə Xıdır Mikayılov bildirib.

Alimin sözlərinə görə, müxtəlif dövrlərdə belə alışmalar olub:

“Həmin dövrlər ciddi fəsadlar olmayıb. Sadəcə xəstə və səhhətində problem olan insanlar var. Həmin insanlara müəyyən mənada bu partlayış təsir edə bilər. Belə insanlar günün altında olmamalıdırlar. Çalışıb evdə qalmalıdırlar”.

X.Mikayılov deyir ki, bu hadisədən sonra müxtəlif problemlər də yarana bilər:

“Günəşdə partlayış kommunikasiya və elektrik xətlərində problemlər yarada bilər. Vaxtilə belə problemlər olub. İndi ümid edək ki, belə təhlükə olmayacaq”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Harvard universitetinin astronomiya fakültəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam məlum hadisə ilə bağlı dəhşətli proqnozlar irəli sürmüşdülər. Onların iddialarına görə, bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək. X.Mikayılov həmin iddianı belə izah edib:

“Amerika alimlərinin Günəşdə güclü partlayış nəticəsində bəşəriyyət məhv ola bilər iddiası əslində şişirdilmiş fərziyədir. Həmin alimlər ola bilər hadisə barədə hansısa fikir səsləndiriblər. Mətbuat vasitəsilə həmin fikirlər şişirdilib. Nüfuzlu alimlər belə söz deyə bilməzlər. Bu sözlər cəfəngiyyatdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Lerikin üç kəndinə qaz verilib
15.11.2019
“Azəriqaz”: “Smart-kart” sayğaclarından imtina edilməyib
08.11.2019
Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq
07.11.2019
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb
06.11.2019
Bir qrup neftçi təltif edilib - SƏRƏNCAM