Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6474

Digər sorğular

Azərbaycan MHŞT-ni tərk edir

02:36  |    02 May 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxa bilər.

Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında deyib.

O bildirib: "Biz Təşəbbüsdə iştirakımızı hasilat sahəsində şəffaflığın artırılması imkanı kimi nəzərdən keçirirdik, lakin onun mandatında müəyyən dəyişikliklər baş verdi, nəticədə MHŞT QHT-lərin maraqlarını dəstəkləyərək Azərbaycana təzyiq göstərməyə başladı".

Ş.Mövsümov qeyd edib ki, mart ayında keçirilmiş iclasda Azərbaycan çıxması barədə təklif irəli sürüldü: "Bu və ölkənin üzvlüyünün dondurulması təklifləri dəstəklənmədi. Yekunda Azərbaycanın statusunun namizəd səviyyəsinədək endirilməsi barədə qərar qəbul edildi".

O, əlavə edib ki, ölkə hökuməti bu qərarla razı deyil və hazırda Təşəbbüsdən çıxmaq imkanı nəzərdən keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
“KAMAZ” qaz xəttinin dayaqlarını qopardı
16.09.2019
Stalin bir hərf səhvinə görə bütün redaksiyanı güllələtdirib
13.09.2019
Biləsuvarda bir neçə müəssisənin qaz təchizatı dayandırılıb
13.09.2019
Ucar, Zərdab, Cəlilabad və Lənkəranda qaz təchizatı dayandırılıb
12.09.2019
“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlanıb