Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6653

Digər sorğular

Nazir Yevlaxda vətəndaşları qəbul edib

20:45  |    01 May 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu mayın 1-də Yevlaxda keçirilmişdir.

Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan 70-ə yaxın vətəndaş müraciət etmişdir. Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapmış, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatının, iri heyvandarlıq kompleksinin, kiçik ailə fermer təsərrüfatının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.12.2019
Almaniyada 31 avroya satılan nişanı BNA 1840 manata alıb?- Rəsmi açıqlama
29.12.2019
İlin ən yaxşı idman federasiyası məlum oldu - FOTO
26.12.2019
İşdən çıxarılan həkimin şok səs yazısı: “Mən elə şərəfsiz köpək oğlunun...”(AUDİO)
16.12.2019
Prezident İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib
14.12.2019
Yol qəzaları səbəbindən bu rayonlarda qaz təminatı müvəqqəti olaraq dayandırılıb