Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

1500 nəfər birdəfəlik müavinətlə təmin olunub

20:14  |    01 May 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində Qaziler.az-a verilən xəbərə görə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1500 nəfərə yaxın şəxs birdəfəlik müavinətlə təmin olunub.

Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ilə təmin olunur. Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 1488 nəfər təşkil edib.

ƏƏSMN tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi məqsədilə onların peşə reabilitasiyası işləri də görülür. Ötən il həmin şəxslərdən 230 nəfər, bu ilin ötən dövründə isə 16 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi sözügedən insanların sosial adaptasiyası işlərinin gücləndirilməsinə xidmət edəcək.

Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi, onların müvafiq sahələrdə yardımla təminatı yönündə işlər görəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb