Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6999

Digər sorğular

Ermənistanda 8 hərbçi istintaqa cəlb olunub

00:15  |    27 Avqust 2017  |   E-mail  |  Çapa göndər

“Ando” kimi tanınan hərbi qulluqçunun intihar etməsi ilə bağlı Ermənistanın daha 8 hərbçisi istintaqa cəlb olunub.

Qaziler.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 20-də hərbi hissənin ərazisində avtomatı çənəsinə söykəyərək intihar etmiş 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü səbəbindən “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə açılan cinayət işi üzrə istintaq davam edir.

Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bildirdiyinə görə təkcə bir epizod üzrə Yerevan yaxınlğında, Kanakerdə hərbi bazasında Andranik Mkrtçyanla birlikdə xidmət edən 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.

Andranik Mkrtçyanın intihar etməsindən sonra başlanan cinayət işinin belə ajiotaj doğurmasına səbəb “Ando”nun başqa hərbçilərlə birlikdə gənc əsgərləri mütəmadi olaraq işgəncələrə və cinsi istismara məruz qoymasıdır.

İstintaq İdarəsininin əməkdaşlarının bildirdiyinə görə, Andranik Mkrtçyanın - “Ando”nun və onunla birlikdə xidmət edən digər hərbçilərin işğal olunmuş Kəlbəcərdə döyüş postunda törətdikləri başqa cinayət əməlləri də araşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.08.2020
Vəziyyət nəzarətdən çıxmayacaq - Lukaşenko
09.08.2020
“Twitter” də “TikTok”u almaq istəyir
09.08.2020
Belarusdan son xəbər: 41,7 faiz...
09.08.2020
Ermənilər Gürcüstanda iğtişaşlar törədib, ölən var - VİDEO
09.08.2020
Bu gün Belarusda prezident seçkiləri keçirilir