Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyada terrorçulara 90 min zərbə endirib

20:28  |    25 Avqust 2017  |   E-mail  |  Çapa göndər

Rusiya Hərbi-Kosmik Qüvvələri Suriyada hərbi əməliyyatlar başlayandan 28 mindən çox uçuş həyata keçirib.

“İnterfaks" yazır ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

S.Rudskoy deyib ki, Rusiya Federasiyası bu müddətdə həmin terrorçulara 90 min hava zərbəsi endirib.

Hərbi əməliyyatın nəticələrini şərh edən S.Rudskoy deyib ki, terrorçuları silah və döyüş sursatı ilə təmin edən əsas marşrutlar bloklanır: “Terror təşkilatları neft məhsullarının qanunsuz satışından maliyyə dəstəyi əldə etmək imkanlarını itiriblər”.

O vurğulayıb ki, düşmənin əsas hədəflərinin məhv edilməsi üçün hava və dənizdən atılan qanadlı raketlərdən istifadə olunub. Həmçinin ağır bombardmançılardan da istifadə edilib.

Qeyd edək ki, Rusiya Hərbi-Kosmik Qüvvələri 2015-ci ilin sentyabrında Suriyanın Latakiya şəhəri yaxınlığındakı Xmeymim aerodromunda yerləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
Ərinin ona xəyanət etdiyini oxuduğu romandan anladı: evdəki halı, əlinin tərləməsi...
15.11.2019
İtaliyada boşanan kişilər üçün sığınacaq evləri açıla bilər
15.11.2019
ABŞ Misiri hədələdi: "Rusiyadan qırıcı alınarsa…"
15.11.2019
Rus hərbçiləri ABŞ bazasını nəzarətə götürdü - Video
15.11.2019
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi